• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Vyanada Xalq artisti Tofiq Əhmədovun 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib

28-06-2024, 15:30 | Baxılıb: 558
“Vyanada Xalq artisti Tofiq Əhmədovun 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib

Vyanada Xalq artisti Tofiq Əhmədovun 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli caz musiqiçisi, saksofonçu, klarnet ifaçısı, bəstəkar, dirijor, Azərbaycan Televiziya və Radiosunun estrada simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru, Azərbaycan Xalq artisti Tofiq Əhmədovun 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Konsertdə Vyanada fəaliyyət göstərən müxtəlif diaspor təşkilatlarının nümayəndələri, Azərbaycanın Vyanadakı səfirliyinin əməkdaşları, avstriyalı musiqiçi və alimlər, Tofiq Əhmədovun ailə üzvləri iştirak ediblər.
“Culture Meeting Point” Vyana mədəniyyət təşkilatı, Vyana meriyası, “Sun Dance Company” rəqs studiyası və Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə “Musiqi sevinc bəxş edir“ (“Musik macht Freude - MmF”) Vyana musiqi məktəbi tərəfindən təşkil olunan konsertdə musiqi məktəblərinin və Vyana şəhər gimnaziyalarının şagirdləri bədii proqramlarla çıxış ediblər.
Tədbirin girişində “Musiqi sevinc gətirir” musiqi məktəbinin rəhbəri və “Culture Meeting Point” mədəniyyət təşkilatının musiqi rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fərəh Tahirova qonaqları salamlayaraq, Tofiq Əhmədovun Azərbaycan caz musiqisinin inkişafındakı rolundan danışıb. Fərəh Tahirova zəngin milli mədəniyyətimizin, onun ən mühüm tərkib hissəsi olan musiqimizin beynəlxalq səviyyədə təqdimi, korifey sənətkarlarımızın yaradıcılığının xaricdə təbliği baxımından tədbirin klassik musiqinin beşiyi sayılan Vyanada keçirilməsinin əhəmiyyətinə diqqət çəkib. Fərəh Tahirova çıxışında T. Əhmədovun Azərbaycanın tanınmış diplomatı, ölkəmizin Avstriyadakı səfiri olmuş mərhum Fuad İsmayılovun babası olduğunu da bildirib.
Konsertdə uşaqlar Tofiq Əhmədovun yaradıcılığı haqqında maraqlı təqdimatlar göstəriblər.
Musiqi məktəbi və şəhər gimnaziyalarının şagirdlərinin məşhur əsərlərdən ibarət ifası, Tofiq Əhmədovun sevilən mahnıları və “Sun Dance Company” rəqs studiyasının tələbələrinin çıxışı qonaqları tərəfindən maraqla qarşılanıb.
Beynəlxalq fortepiano müsabiqələrinin laureatı, istedadlı gənc pianoçu və bəstəkar, Vyana Dövlət Operası xorunun solisti, 13 yaşlı Norbert Ebner konsertdə Tofiq Əhmədovun məşhur “Güldür məni” mahnısını, həmçinin bəstəkarın yubileyinə həsr olunmuş “Günəşli vals” bəstəsini ifa edib.
[center]Vyanada Xalq artisti Tofiq Əhmədovun 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
Vyanada Xalq artisti Tofiq Əhmədovun 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
Vyanada Xalq artisti Tofiq Əhmədovun 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
Vyanada Xalq artisti Tofiq Əhmədovun 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
Vyanada Xalq artisti Tofiq Əhmədovun 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
Vyanada Xalq artisti Tofiq Əhmədovun 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
[medium]https://diaspor.info/uploads/posts/2024-06/1719576184_vyana-tofiq-ehmedov-100.jpeg[/mediumскачать dle 10.6фильмы бесплатно

558

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.