Elə qurumlar vardır ki, onların amalı, qayəsi və ideyası onların öz daxilində mənəvi bir öhdəlik yaradır. Polis xidməti, polis keşiyi, polis andı da məhz bu amala, bu qayəyə xidmət edir. Bu gün Azərbaycan Respublikasının təhlükəsizliyinin, asayişinin keşiyində duranların günüdür. Bu peşə bəzən onların həyatı bahasına başa gəlir. Onların bu vəzifəni layiqincə yerinə yetirmələrindən 106 il ötür. Ulu Öndər Azərbaycan polisi haqqında deyirdi: “Azərbaycan iqtisadi, elmi, mədəni, intellektual potensialı ilə yanaşı, daxili işlər orqanları sistemində də böyük potensial vardır. Qeyd edim ki, müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcuddur. Əgər onların biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o birisi də Daxili İşlər Nazirliyi, polis orqanlarıdır”.
Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin bəyan edilməsi ilə milli hökumətin tərkibində Daxili İşlər Nazirliyi yaradıldı. 2 illik fəaliyyət dönəmində nazirlik Azərbaycan dövlətinin formalaşmasında, təhlükəsizliyin təmin olunmasında, milli maraqların formalaşmasında və ən əsası asayişin qorunmasında mühüm rol oynadı. Hər daim müstəqilliyin müdafiəsində ön sıralarda olan bu orqana elə ilk rəhbərliyi görkəmli dövlət xadimi Fətəli Xan Xoyski etdi. O, Azərbaycan üçün ən ağır və mürəkkəb bir dövrdə, birmənalı şəkildə, demək olar ki, Azərbaycanın varlığının həll olunduğu illərdə fəaliyyət göstərib. Həmçinin bu gün Azərbaycanın bayrağı olan ağ rəngli aypara və səkkizguşəli ulduzla mavi, qırmızı və yaşıl rənglərdən ibarət olan milli rəmzimizin qəbul olunmasının səbəbkarı və təşəbbüskeşi məhz Fətəli xan Xoyski olub. O həm də 1918-ci il iyul ayının 2-də polis bölümünün yaradılması əmrinin təşəbbüskarı, iyulun 15-də Güney Qafqaz ərazisində türklərə və müsəlmanlara qarşı törədilən qətliamları öyrənmək və günahkarları məsuliyyətə cəlb etmək üçün Fövqəladə Təhqiqat Komissiyasının yaradıcısı,nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan polisinin inkişafından ötrü atdığı ən böyük addımlardan biri idi. Respublika Prezidentinin 1998-ci il 24 may tarixli Fərmanla isə 2 iyul “Azərbaycan Polisi Günü” elan olundu. “Polis haqqında” Qanunun qəbulu isə ölkədə vahid hüquq-mühafizə orqanının yaradılması demək idi. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli Fərmanı ilə “Daxili İşlər Nazirliyinin Əsasnaməsi və strukturu” təsdiq edildi.Hazırda Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əsası Ulu Öndər tərəfindən qoyulmuş Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində fasiləsiz və məqsədyönlü işlər aparılır. Bu məqsədyönlü işlər isə polis orqanlarında çalışanların qarşısına yeni və mühüm vəzifələr qoymaqla yanaşı, onların məsuliyyətini daha da artıraraq hər bir polis əməkdaşına bu şərəfli peşədə çalışmağın qürurunu duymağı hiss etdirir. Cənab Prezidentində dediyi kimi: “…Polis orqanlarının əməkdaşları özlərini insanlarla təmasda elə aparmalıdırlar ki, onlara hörmət daha çox olsun. Polisə olan hörmət dövlətə olan hörmətdir. Polis əməkdaşları qanun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər”.
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru