• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman Aparatında beynəlxalq inkişaf üzrə məsləhətçi ilə görüş keçirilib

11-07-2024, 16:30 | Baxılıb: 295
“Ombudsman Aparatında beynəlxalq inkişaf üzrə məsləhətçi ilə görüş keçirilib


Ombudsman Aparatında beynəlxalq inkişaf üzrə məsləhətçi ilə görüş keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında beynəlxalq inkişaf üzrə məsləhətçi Sabina Ymeri ilə görüş keçirilib. Ombudsman təsisatının BMT və onun ixtisaslaşmış qurumları ilə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) uyğun əməkdaşlığının müzakirəsi məqsədilə keçirilmiş görüşdə Aparat rəhbərinin müavini Rəşid Rumzadə və Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Sevinc Şener iştirak ediblər.

Görüşdə Aparat rəhbərinin müavini qonağı salamlayaraq Müvəkkilin mandatı, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib. O, Ombudsmanın beynəlxalq təşkilatlarla əməkdaşlığa mühüm əhəmiyyət verdiyini, BMT və onun ixtisaslaşmış qurumları ilə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, bir sıra önəmli layihələrin həyata keçirildiyini, təşkilatın ölkəmizdəki rezident əlaqələndiricisi ilə birgə əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını diqqətə çatdırıb.

Dayanıqlı İnkişaf Məqsədləri (DİM) də nəzərə alınmaqla Müvəkkilin həyata keçirdiyi fəaliyyəti, o cümlədən məişət zorakılığının aradan qaldırılması, gender bərabərliyi, sağlamlıq hüququnun, ekoloji hüquqların təmini və digər istiqamətlərdə görülən işlər barədə məlumatlar verilib.

İnsan hüquq və azadlıqlarının səmərəli təmini istiqamətində ölkədə aparılan islahatlar, Ombudsman təsisatının vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı, BMT-nin müqavilə qurumlarının tövsiyələri nəzərə alınmaqla Ombudsman haqqında Konstitusiya Qanununa edilmiş son dəyişikliklər, eləcə də təsisatda yeni struktur bölmələrinin yaradılması barədə ekspertin sualları üzrə ətraflı məlumatlar təqdim olunub.

Qarşılıqlı diskussiya şəraitində davam edən görüşdə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi, Azərbaycan Ombudsmanının da COP29-la əlaqədar Təşkilat Komitəsinin üzvü olduğu, DİM-də yer alan hədəflərə uyğun tədbirlərin davam etdirildiyi, həmçinin COP29 çərçivəsində Ombudsman və milli insan hüquqları institutlarının Bakı Forumunun da keçiriləcəyi diqqətə çatdırılıb.

Mətbuat xidmətiскачать dle 10.6фильмы бесплатно


295

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.