• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

QHT-lər üçün “COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsi elan olunub

15-07-2024, 13:00 | Baxılıb: 323
“QHT-lər üçün “COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsi elan olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə QHT-lər üçün “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsini elan edib.
Diaspor.info xəbər verir ki, müsabiqə üzrə sənədlərin qəbuluna iyulun 16-dan başlanacaq və müraciət üçün son tarix 16 avqustdur.

Bundan sonra QHT-lərdən toplanmış sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək. Təqdim olunan layihələr qlobal iqlim dəyişmələri mövzusuna uyğun olmalıdır.

Maksimum qrant məbləğləri Orta Qrant Müsabiqəsi (OQM) üzrə 30 000 manat, Böyük Qrant Müsabiqəsi (BQM) üzrə 50 000 manatdır.

Qrant müsabiqəsində QHT-lər yalnız koalisiya şəkildə iştirak edə bilər. Koalisiya minimum “1 yerli QHT + 1 xarici QHT” formatına uyğun gəlməlidir. Koalisiyada əsas icraçı yalnız yerli QHT olmalıdır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrində qalib olan və öhdəliyi 16 avqust 2024-cü il tarixinə qədər tamamlanmayan QHT-lər koalisiyada əsas icraçı ola bilməz. 1 QHT yalnız 1 koalisiyada təmsil oluna bilər.Müsabiqədə üstünlük verilən meyarlar aşağıdakılardır:
• Əsas icraçı QHT-nin özünün və ya koalisiyada xarici tərəfdaş qismində iştirak edən təşkilatın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransında (COP) müşahidəçi statusa (observer status) malik olması və əvvəlki COP-lar, eləcə də iqlim dəyişmələri məsələləri ilə bağlı beynəlxalq təcrübəsinin olması;
• Xarici tərəfdaş qismində iştirak edən UNFCCC müşahidəçi statusa malik təşkilatın inkişaf etməkdə olan dövlətlərdən (İEOÖ-dən), xüsusilə ən az inkişaf etmiş dövlətlərdən, inkişaf etməkdə olan kiçik ada dövlətlərindən olması;
• Təqdim olunan layihə ilə bağlı koalisiyada təmsil olunan xarici tərəfdaşdan dəstək məktubunun olması.

Məzmunu Azərbaycan Konstitusiyası, Azərbaycan qanunları və digər normativ hüquqi aktları və Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli 327 və 328 nömrəli Qərarları ilə ziddiyyət təşkil edən layihələr, əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni məzmunlu layihələr, qrant müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən müsabiqədə iştirak hüququndan məhrum edilmiş və eləcə də Agentlik qarşısında debütor borcu olan QHT-lərin layihələri müsabiqəyə buraxılmır.

Əsas icraçı QHT layihəni Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin saytında (https://ngoagency.gov.az/az) xüsusi bölmə vasitəsilə elektron qaydada təqdim etməlidir (müvafiq bölmə 2024-cü il 16 iyul-16 avqust tarixlərində Agentliyin saytında aktiv olacaq). Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə təkliflərinə dair sənədlər qəbul olunmayacaq.скачать dle 10.6фильмы бесплатно


323

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.