• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

MSK seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan seminarlara başlayıb

15-07-2024, 15:00 | Baxılıb: 294
“MSK seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan seminarlara başlayıb

Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı növbəti tədbirlərə - seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan regional seminarlara start verib.
Diaspor.info xəbər verir ki, ümumrespublika miqyaslı layihə qarşıdan gələn seçkilərdə vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin məlumatının artırılması, bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənib.

Layihənin açılışı və ilk seminar iyulun 15-də Komissiyanın inzibati binasında MSK sədrinin müavini Rövzət Qasımovun giriş nitqi ilə başlayıb. Tədbirdə MSK nəzdində ekspert qrupunun üzvləri, Katibliyin aidiyyəti struktur bölmələrinin əməkdaşları, o cümlədən Bakı və ətraf rayonların 52 seçki dairəsi üzrə dairə seçki komissiyalarının müraciətlərin araşdırılmasına məsul olan 156 eksperti iştirak edib.

Seminarda MSK nəzdində ekspert qrupunda təmsil olunan Komissiya üzvlərinin seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına dair təqdimatları dinlənilib. Əyani vəsaitlərdən də istifadə olunmaqla keçirilən təqdimatlarda seçki hüququnun pozulmasını iddia edən subyektlərin müraciətləri zamanı qarşıya çıxan məsələlər, şikayət və müraciətlərin xarakteri, araşdırılma müddətləri, ardıcıllığı, qaydaları və sübutların qiymətləndirilməsi, ekspert qrupu üzvlərinin həyata keçirəcəyi tədbirlər, qərarların qəbulu və tərtib olunması, eləcə də digər mühüm məsələlər ətraflı şəkildə izah edilib. Seminara qatılan dairə seçki komissiyalarının bütün ekspert qrupu üzvlərinə MSK tərəfindən hazırlanan Yaddaş kitabçası da təqdim olunub.

Tədbirin praktiki hissəsində seçki qanunvericiliyi, müraciət və şikayətlər, o cümlədən ekspert fəaliyyəti ilə bağlı fərqli kazuslar üzrə məşğələlər keçirilib, iştirakçılar sınaq testlərinin həllinə cəlb edilib. Sonda fikir mübadiləsi və müzakirələr aparılıb, həmçinin iştirakçıları maraqlandıran məqamlara aydınlıq gətirilib.

Regional seminarların növbəti mərhələsinin iyulun 17-də Gəncə, Naxçıvan, Şəki və Masallıda keçirilməklə, ümumilikdə ölkə üzrə 125 seçki dairəsi dairə seçki komissiyalarının bütün ekspert qrupu üzvlərini əhatə etməsi nəzərdə tutulur.скачать dle 10.6фильмы бесплатно


294

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.