• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İcbari tibbi sığorta ilə son iki ildə aparılan doğuşların sayı açıqlanıb

16-07-2024, 10:30 | Baxılıb: 252
“İcbari tibbi sığorta ilə son iki ildə aparılan doğuşların sayı açıqlanıb

Azərbaycanda icbari tibbi sığorta ilə son iki ildə 182 mindən artıq doğuş aparılıb.
Bu barədə Diaspor.info-ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, doğuş və klassik qeysəriyyə kəsiyi əməliyyatı, stasionar xidmət zamanı dərman, tibbi sərf və qidalanma, laborator və instrumental müayinə, diaqnostika və müalicə tədbirləri sığorta hesabına göstərilir. Klassik qeysəriyyə kəsiyi əməliyyatı tibbi göstəriş əsasında həyata keçirilir. Habelə, vaxtından əvvəl doğulmuş körpələrin küvəzdə saxlanılması da icbari tibbi sığorta ilə qarşılanır.

2022-2024-cü illər ərzində (ilk 6 ay) icbari tibbi sığorta ilə 97 278 təbii doğuş, 85 614 klasik qeysəriyyə kəsiyi əməliyyatı icra olunub. Doğuşların 1054-ü çoxdöllü hamiləlik (əkiz, üçəm, dördəm və s.) təşkil edib.

Vurğulanıb ki, doğuşdan sonrakı dövrdə zahı qadınların və yenidoğulmuşların müşahidəsinin aparılması, ana südü ilə qidalanmaya dair məsləhətlərin verilməsi də ödənişsiz göstərilir. Hamiləliyin fizioloji gedişi zamanı hamilə qadının tibb müəssisəsinə 7 gəlişi tövsiyə olunur. Xidmətlər Zərfi ilə hamilə qadına arterial təzyiqin ölçülməsi, nəbzin sayılması, bədən kütləsi indeksinin, qanda şəkərin, qan qrupu, qanın klinik analizi (hemoqlobin), sidiyin ümumi analizi kimi tibbi xidmətlər göstərilir. Həmçinin hepatit B və C, sifilis testləri, insan immunçatışmazlığı virusu (İİV), skrininq testi (rubella-məxmərək), uşaqlıq yolundan yaxmanın mikroskopik müayinəsi icbari tibbi sığorta təminatına daxildir.

Tibb müəssisəsində hamiləliyin 12-ci həftəsinə qədər fol turşusunun təyini, USM, doppler müayinəsi, dölün ürək döyüntülərinə qulaq asılması (kardiotokoqrafiya) və digər müayinələr də həyata keçirilir.

Hamilə qadın tibbi xidmətlərdən istifadə etmək üçün ilk növbədə yaşadığı ərazi üzrə qadın məsləhətxanasına, Ailə Sağlamlıq Mərkəzinə və ya digər ambulator tibb müəssisələrinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən hamiləliyin 30-cu həftəsindən sonra mübadilə vərəqəsi verilir, hamilə doğuşun təşkili üzrə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki müvafiq ixtisaslı dövlət tibb müəssisəsinə və ya Səhiyyə Nazirliyi tabeli Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna yönləndirilir.скачать dle 10.6фильмы бесплатно


252

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.