ŞƏKİ-ZAQATALA REGİONAL TƏHSİL İDARƏSİ MİLLİ MƏTBUATIMIZIN YARANMASININ 149-CU İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİB.
GÜNAY MAHMUDOVA BİR DAHA SÜBUT ETDİ Kİ, MƏTBUATA AÇIQ VƏ ONLARIN DOSTUDUR.
Şəki-Zaqatala Regional Təhsil İdarəsi Və ATİAHİ-nin Şəki rayon komitəsinin birgə təşkilatçılığı ilə 19. 07.2024-cü il tarixində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin inzibati binasında “Milli Mətbuatımızın -149-cu” ildönümünə həsr edilmiş tədbir baş tutmuşdur.
Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbəri Günay Mahmudova başda olmaqla idarənin məhsul işçiləri və ATİAHİ-nin Şəki rayon komitəsinin sədri Ziyafət Xasıyeva da iştirak edib. Tədbiri giriş sözü ilə açan Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbəri Günay Mahmudova “Milli Mətbuatımızın 149”-cu ilinin tamam olması münasibəti ilə dəvət olunmuş jurnalist və media işçilərini peşə bayramı münasibəti ilə ürəkdən təbrik edib.
Daha sonra Şəki-Zaqatala Regional Təhsil İdarəsinin yaranması və geridə qalan təxminən iki illik zamanda görülmüş işlərdən və əldə olunan uğurlardan danışıb. Günay Mahmudova çox qıssa ancaq dolğun danışaraq xüsusi vurğulayıb ki, mətbuata həmişə açıq olub, istər sözügedən idarədə müdir müavini kimi fəaliyyəti zamanı, istər də müdir təyin olunduqdan sonra, yəni mətbuata münasibətində heç nəyin dəyişmədiyini deyib. Günay xanım görülən işləri, bəzi neqativ halları işıqlandırdıqlarına görə də media nümayəndələrinə ayrıca təşəkkür edib. “Səhvsiz yalnız Allahdır, iş olan yerdə müəyyən nöqsanlar da olacaqdır.
Əsas məsələ odur ki, həmin nöqsanlar aşkarlanan kimi dərhal onları aradan qaldırmağı bacarmaqdır. Və öz üzərində işləməlisən ki, gələcəkdə belə nöqsanlar ümumiyyətlə olmasın”. Daha sonra şirniyyatla bol olan çay süfrəsi arxasında, jurnalistlər təhsillə bağlı Günay xanıma xeyli suallar verdilər. Günay xanım bütün suallara səmimi cavab verdi, yəni auditoriya üçün danışmadı, əsl Azərbaycan müəllimi, ziyalısı və xanımı kimi danışdı. Əslində Günay xanımın jurnalistləri bir araya yığması həm də o demək idi ki, rəhbər kimi çox dürüst işləyir və mətbuatdan gizlədəsi heç nəyi yoxdur.
Əks təqdirdə aralarında 50 il peşə fəaliyyəti olan jurnalistlərin qarşısında səmimi disskusiyaya keçməzdi. Onun bu nəcib addımı yerli jurnalistlərin alqışına səbəb olmuşdu. Əslində burada elə bir çətin iş yox idi, bir çox regional idarələr, vəyaxud yerli icra hakimiyyətləri də belə bir nəcib addım ataraq cəmiyyətin güzgüsü olan jurnalistləri peşə bayramı münasibətilə təbrik edə bilərdilər. Əvvəllər bölgələrdə bütün rayon icra hakimiyyətləri ənənəvi tədbirlər keçrir və kiçik də olsa jurnalistlərə hədiyyə verərək onları təbrik edirdilər.
Bu gün sanki belə tədbirlər etməyə çəkinirlər. Odur ki, Şəki-Zaqatala Regional Təhsil idarəsi sadəcə jurnalistləri bir araya yığıb onları təbrik etmədilər, onlar dolayısı ilə necə düzgün işlədiklərini və Dövlət və dövlətçiliyə necə sadiq olduqlarını, hər şeyin şəffaflıqla cəmiyyətə çatdırılmasında maraqlı olduqlarını sübut etdilər.
Sonra tədbirin əsas təşkilatçılarından biri olan ATİAHİ-nin Şəki rayon komitəsinin sədri, uzun illər Qax RİH başçısının müavini vəzifəsində işləmiş və media nümayəndələrinə həmişə əlçatan olan Ziyafət Xasıyeva jurnalistləri peşə bayramı münasibəti ilə təbrik edərək, onlara yaradıcılıq uğurları arzulayıb.
Şəki-Zaqatala Regional Təhsil idarəsi Maliyyə-iqtisadiyyat sektorunun müdiri Araz Babayev də jurnalistləri peşə bayramı münasibəti ilə ürəkdən təbrik edib. Tədbirdə Şəki-Zaqatala Regional Təhsil idarəsi İnzibati-təşkilat sektorunun müdiri Alqış Həsrətov, Elxan Abbdullayev, Rauf Əsədov və sözügedən idarənin mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov da iştirak ediblər.
Daha sonra Günay xanım söhbətin biraz da şirin keçməsi üçün “Milli Mətbuat -149” gününə xüsusi bişirilmiş tortu kəsmək üçün jurnalistləri masaya dəvət etdi.
Tədbirin sonunda Şəki-Zaqatala Regional Təhsil idarəsinin müdiri Günay Mahmudova tədbirdə iştirak edən jurnalistləri “Təşəkkürnamə” ilə təltif edib.
Təltif olunanlar arasında “Diaspor.info” saytının baş redaktoru Azərbaycan Yazıçılar Birliyi Şimal-Qərb Regional Bölməsinin sədri Əlmaniz Ələkbərli də yer alıb. Əlmaniz Ələkbərli Şəki-Zaqatala Regional Təhsil idarəsinin təşkil etdiyi tədbirlə bağlı öz ürək sözlərini müxbirimizə belə ifadə edib:”Bilirsinizmi jurnalistlərə ən yüksək qiyməti Ümummilli Liderimiz Heydər Əliyev verib. Belə ki, ona jurnalistlərin dostu mükafatını verərkən bildirmişdi ki, mənim həyatımda gördüyüm işlərə görə çox mükafatlar alımışam, ancaq bu mükafat mənim üçün ən yüksək mükafatlardan biri olacaqdır.
Heydər Əliyev siyasətinin layiqli davamçısı Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev də həmişə jurnalistlərə diqqət və qayğı göstərmişdir və bu gün də bu tendensiya davam edir. Jurnalistlərin evlə təmin edilməsi buna bariz nümunədir. Ancaq bu gün nədənsə regionlarda demək olar ki, heç bir sahənin rəhbəri, xüsusən də icra hakimiyyətləri bu kimi tədbirləri keçirmirlər. Odur ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsi və ATİAHİ-nin Şəki rayon komitəsinin birgə təşkil etdiyi tədbir həmkarlarım kimi mənim də çox xoşuma gəldi və düşünürəm ki, bu hadisə bütün bölgənin məmurları üçün bir örnək oldu. Sonda fikrimi məşhur Azərbaycan filmi “Uşaqlığın Son Gecəsi”-ndə deyilmiş bir fikirlə yekunlaşdırmaq istəyirəm.” “SÖHBƏT SOSİSKADAN GETMİR, VNİMATELNİ OLMAQDAN GEDİR”
Diaspor.info
Şəki-Zaqatala bürosu