• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda araşdırma-yazı müsabiqəsinin iştirakçıları üçün təlim sessiyası təşkil olunub

24-07-2024, 10:30 | Baxılıb: 217
““İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda araşdırma-yazı müsabiqəsinin iştirakçıları üçün təlim sessiyası təşkil olunub

“İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda araşdırma-yazı müsabiqəsinin iştirakçıları üçün təlim sessiyası təşkil olunub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən tələbələr üçün elan edilmiş “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda araşdırma-yazı müsabiqəsinin iştirakçıları üçün məlumatlandırıcı təlim sessiyası təşkil olunub.

Hakaton formatında keçirilən müsabiqədə Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və ADA Universitetindən seçilmiş 45 nəfərdən ibarət 9 komanda təmsil olunur.

Təlim sessiyasının açılışında Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin müdiri Zaur Vəliməmmədli və UNDP-nin proqram məsələləri üzrə müşaviri Leyla Fəthi çıxış ediblər. Çıxışlar zamanı cari ildə ölkəmizin COP29-a ev sahibliyi etməsi nəzərə alınmaqla bu mövzuda müxtəlif tədbirlərin keçirildiyi, habelə ekoloji hüquqlarla bağlı maarifləndirmə işinin daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Təlimdə, həmçinin Müvəkkilin müşaviri Rəşad Novruzov və UNDP-nin nümayəndəsi Tural Əhməd də mövzu ilə bağlı çıxış edərək, iştirakçıların suallarını cavablandırıblar.

Daha sonra Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Şəhla Aslanova və BMT könüllüsü Hyebin Kvon tərəfindən iqlim dəyişikliyinin insan hüquqlarına təsirləri və akademik yazı qaydaları ilə bağlı ətraflı təqdimatlar nümayiş etdirilib.

Yekunda tələbələrin müsabiqə ilə əlaqədar sualları cavablandırılıb.

Qeyd edək ki, müsabiqədə qalib seçilən komandanın 2 oktyabr tarixində keçiriləcək “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda Bakı Beynəlxalq Forumunda təqdimatla çıxış etməsi nəzərdə tutulub.

“İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda araşdırma-yazı müsabiqəsinin iştirakçıları üçün təlim sessiyası təşkil olunub
“İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda araşdırma-yazı müsabiqəsinin iştirakçıları üçün təlim sessiyası təşkil olunub
“İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda araşdırma-yazı müsabiqəsinin iştirakçıları üçün təlim sessiyası təşkil olunub
Mətbuat xidmətiскачать dle 10.6фильмы бесплатно

217

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.