• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

BMT-nin rezident əlaqələndiricisi: Azərbaycanın Vahid Sağlamlıq yanaşmasına marağını alqışlayıram

25-07-2024, 16:00 | Baxılıb: 194
“BMT-nin rezident əlaqələndiricisi: Azərbaycanın Vahid Sağlamlıq yanaşmasına marağını alqışlayıram

“COVID-19 pandemiyası insanların, heyvanların və ekosistemlərin sağlamlığının bir-biri ilə sıx bağlı olduğunu xatırladır. Bu il Braziliyada dağıdıcı daşqınlar, Meksikada rekord istilik dalğaları baş verib, Asiya, Avropa və Afrikada milyonlarla insan həddindən artıq istilərdən təsirlənib. İnsan fəaliyyəti və stresli ekosistemlər xəstəliklərin yaranması və yayılması üçün yeni imkanlar yaradıb. Bu stres amillərinə heyvan ticarəti, kənd təsərrüfatı, heyvandarlıq, urbanizasiya, hasilat sənayesi, iqlim dəyişikliyi, yaşayış mühitinin parçalanması və müəyyən ərazilərə müdaxilə daxildir. İnsan, heyvan və ətraf mühitin sağlamlığı arasında sıx əlaqələr müvafiq sektorlar arasında sıx əməkdaşlıq, ünsiyyət və koordinasiya tələb edir. Mən koordinasiyaya, əməkdaşlığa və Vahid Sağlamlıq dialoqunun faydalarına inanıram”.
Diaspor info xəbər verir ki, bu sözləri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbirinə hazırlıq məqsədilə ÜST-nin Azərbaycandakı Ölkə Ofisi “Vahid Sağlamlıq: sektorlararası dialoqla COP29-a hazırlıq” adlı simpoziumda çıxışı zamanı deyib.

V.Andreeva bildirib ki, Vahid Sağlamlıq insanların, heyvanların və ekosistemlərin ayrı-ayrılıqda saxlanılması əvəzinə, bu sahələri birləşdirərək onların sağlamlığını optimallaşdırmaq üçün bir yanaşmadır: “Bu sektorlar üzrə səyləri birləşdirməklə biz sağlamlıq risklərinin qarşısını daha effektiv şəkildə ala və idarə edə bilərik. Mən Azərbaycanın Vahid Sağlamlıq yanaşmasına marağını çox alqışlayıram. Ümid edirəm ki, bugünkü simpozium Vahid Sağlamlıq mövzusunda sektorlararası dialoqa başlayacaq. Əməkdaşlıq və tərəfdaşlıq Vahid Sağlamlığın mərkəzindədir. Bu, hökumətlərin, beynəlxalq təşkilatların, elmi dairələrin və vətəndaş cəmiyyətinin birgə səylərini tələb edir. Bu maraqlı tərəflərin bu gün burada olduğunu qeyd etməkdən məmnunam”.“Dubayda COP28-də ilk Sağlamlıq Günü keçirildi. COP28 Sağlamlıq Günündə müzakirə edilən əsas mövzulardan biri də iqlim dəyişikliyinin insan sağlamlığına təsirlərini, o cümlədən Vahid Sağlamlıq vasitəsilə aradan qaldırmaq üçün uyğunlaşma tədbirlərinin müəyyən edilməsi və miqyasının artırılması olub. Bu ilin noyabrında Bakıda keçiriləcək COP29 bu müzakirəni davam etdirmək üçün əla fürsət təqdim edir. COP29 Prezidentliyi sağlamlıq, insan kapitalı, iş, təhsil, uşaqlar və gənclərə həsr olunmuş tematik gün elan edib”, - deyə Vladanka Andreeva əlavə edib.скачать dle 10.6фильмы бесплатно


194

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Diplom tanınması ilə bağlı 358 müraciətə mənfi rəy verilib
Marneulidəki soydaşlarımızın təhsili diqqət mərkəzindədir
Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Paşinyan II Qaregini dövlət çevilişinə dəstək verməkdə ittiham edib
Bakı Limanına yeni baş direktor təyin edilib
Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

Diplom tanınması ilə bağlı 358 müraciətə mənfi rəy verilib

Marneulidəki soydaşlarımızın təhsili diqqət mərkəzindədir

Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

Paşinyan II Qaregini dövlət çevilişinə dəstək verməkdə ittiham edib

Bakı Limanına yeni baş direktor təyin edilib

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.