• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman Aparatı və Mərkəzi Seçki Komissiyası tərəfindən Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar dəyirmi masa keçirilib

31-07-2024, 16:30 | Baxılıb: 275
“Ombudsman Aparatı və Mərkəzi Seçki Komissiyası tərəfindən Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar dəyirmi masa keçirilib

Ombudsman Aparatı və Mərkəzi Seçki Komissiyası tərəfindən Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar dəyirmi masa keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Aparatının və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda dəyirmi masa təşkil edilib. Tədbirdə hər iki qurumun əməkdaşları, həmçinin media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov müvafiq dövlət qurumları ilə birgə təşkil edilən genişmiqyaslı maarifləndirmə layihələrinin seçkilərin azad, ədalətli və şəffaf keçirilməsindəki əhəmiyyətindən danışıb, seçki qanunvericiliyinin və seçki təcrübəsinin daha da təkmilləşdirilməsi istiqamətində görülən işlər və atılan addımlardan bəhs edib, parlament seçkilərinin qanunvericiliyin tələbləri əsasında, beynəlxalq standartlara tam cavab verən, yüksək səviyyədə təşkili üçün müvafiq şəraitin yaradıldığını diqqətə çatdırıb.
Seçki prosesində media subyektlərinin üzərinə düşən vəzifələri vurğulayan MSK sədri, həmçinin seçkilərdə yerli və beynəlxalq müşahidənin həyata keçirilməsi üçün yaradılan hərtərəfli və geniş imkanları iştirakçıların diqqətinə çatdırıb.
Ombudsman Səbinə Əliyeva vətəndaşların seçki hüququnun daha səmərəli təmin olunması və seçki sisteminin hərtərəfli inkişaf etdirilməsi üçün seçki subyektlərinin məlumatlılıq səviyyəsinin artırılması məqsədilə birgə maarifləndirici tədbirlərin həyata keçiriləcəyini bildirib, artıq MSK ilə birgə növbədənkənar parlament seçkiləri ərəfəsində həmin tədbirlərin keçirilməsi üzrə təqvim planının təsdiq edildiyini və icrası istiqamətində zəruri addımların atıldığını diqqətə çatdırıb.
Müvəkkil seçkilərin Seçki Məcəlləsinə uyğun həyata keçirilməsinin ölkəmizin hüquqi, demokratik dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmini, milli qanunvericiliyin inkişafı prinsiplərinə daim sadiq olduğunu bir daha təsdiq etdiyini bildirib.
Eyni zamanda, Ombudsman, onun Aparatının və regional mərkəzlərinin əməkdaşları ötən illərdəki müsbət təcrübəyə uyğun olaraq, həm Bakıda, həm də ölkənin bütün regionlarında müstəqil olaraq, özlərinin təşəbbüsü ilə müşahidəçi qismində növbədənkənar parlament seçkilərinin müşahidəsini aparacaqları qeyd edilib.
S.Əliyeva, həmçinin Ombudsman təsisatının əvvəlki seçkilər zamanı həyata keçirdiyi fəaliyyət nəticəsində əldə etdiyi təcrübə əsasında seçki hüquqlarının daha səmərəli təmin olunması ilə bağlı öz tövsiyələrini verib.
Daha sonra Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov “Seçki hüququnun səmərəli təminatına konstitusional və qanunvericilik imkanları" mövzusunda məruzə ilə çıxış edib, ölkəmizin mövcud seçki qanunverciliyi və seçkilərin yüksək səviyyədə keçirilməsi istiqamətində atılan məqsədyönlü addımların seçicilərin öz konstitusion hüquqlarını azad və sərbəst şəkildə həyata keçirməsinə şərait yaratdığını bildirib.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı “Müşahidəçilik institutunun əhəmiyyəti və Ombudsmanın bu prosesdə rolu” mövzusunda çıxışı zamanı seçki prosesi zamanı müşahidəçilik institutunun tətbiqinin əhəmiyyətindən bəhs edib. Aparat rəhbəri müşahidəçilik institutunun vətəndaşların seçki hüququnun müdafiəsinə, seçki prosesi zamanı yarana biləcək çatışmazlıqların aradan qaldırılmasına, aşkarlıq və şəffaflıq mühitinin yaradılmasına töhfə verdiyini bildirib, Ombudsman təsisatının müşahidəçilik təcrübəsindən danışıb.
[center]Ombudsman Aparatı və Mərkəzi Seçki Komissiyası tərəfindən Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar dəyirmi masa keçirilib
Ombudsman Aparatı və Mərkəzi Seçki Komissiyası tərəfindən Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar dəyirmi masa keçirilibскачать dle 10.6фильмы бесплатно


275

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Diplom tanınması ilə bağlı 358 müraciətə mənfi rəy verilib
Marneulidəki soydaşlarımızın təhsili diqqət mərkəzindədir
Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Paşinyan II Qaregini dövlət çevilişinə dəstək verməkdə ittiham edib
Bakı Limanına yeni baş direktor təyin edilib
Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

Diplom tanınması ilə bağlı 358 müraciətə mənfi rəy verilib

Marneulidəki soydaşlarımızın təhsili diqqət mərkəzindədir

Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

Paşinyan II Qaregini dövlət çevilişinə dəstək verməkdə ittiham edib

Bakı Limanına yeni baş direktor təyin edilib

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.