• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Diaspor gənclərinin Qarabağ fatehləri və şəhid ailələri ilə görüşü keçirilib

5-08-2024, 17:00 | Baxılıb: 241
“Diaspor gənclərinin Qarabağ fatehləri və şəhid ailələri ilə görüşü keçirilib

Diaspor gənclərinin Qarabağ fatehləri və şəhid ailələri ilə görüşü keçirilib
İşğaldan azad olunmuş Laçın rayonunda “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsi davam edir. Düşərgə çərçivəsində iştirakçıların Qarabağ fatehləri və şəhid ailələri ilə görüşü təşkil olunub.
Görüş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavid İsmayılın təqdimatında baş tutan görüşdə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, Aprel döyüşləri şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova, Vətən Müharibəsi şəhidi polkovnik-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva, Vətən Müharibəsi şəhidi kapitan Həmid Həmidlinin anası Könül Vəliyeva, Vətən Müharibəsi şəhidi baş leytenant Fuad Əlizadənin anası Şəfa Əliyeva, Xüsusi Təyinatlı Qüvvələrin Vətən müharibəsi qazisi olan hərbçiləri Famil Fərəcov, Cavid Həsənov, Orxan Ələkbərov, Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) sədr müavini, tibb üzrə fəlsəfə doktoru, ağız və üz-çənə cərrahı Hüseyn Hüseynzadə iştirak ediblər.
Həkim Hüseyn Hüseynzadə görüşdə “Könüllü peşə müharibə həkimliyi kimi” (Fors major, müharibə, post müharibə dövründə könüllü tibbi xidmətin təşkili) mövzusunda təqdimatla çıxış edib.
Panel zamanı gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına sevgisindən, dövlətimizin müstəqilliyinin qorunmasında igid Vətən oğullarının qəhrəmanlıqlarından, keçdikləri uzun, keşməkeşli yollardan danışılıb. Qazilərin Vətən müharibəsi ilə bağlı xatirələrini gənclər çox böyük diqqət və maraqla dinləyiblər.
Görüşdə bildirilib ki, 44 gün davam edən Vətən müharibəsində ordumuzun qazandığı Zəfər tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Qəhrəman oğullarımızın igidliyi ölkəmizin gələcəyi olan gənclərimiz üçün nümunədir. Bu cür oğulların sayəsində illər sonra ərazi bütövlüyümüz bərpa olunub.
Dünyanın müxtəlif ölkələrindən gələn gənc soydaşlarımız torpaqlarımızın işğaldan azad olunmasına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, qəhrəman Azərbaycan ordusuna təşəkkür edib, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyiblər. Canını bu Vətən üçün sipər edən bütün igidlərimizə hər zaman hörmət və ehtiram göstərəcəklərini, xatirələrini uca tutacaqlarını bildiriblər.

[center]Diaspor gənclərinin Qarabağ fatehləri və şəhid ailələri ilə görüşü keçirilib
Diaspor gənclərinin Qarabağ fatehləri və şəhid ailələri ilə görüşü keçirilib
Diaspor gənclərinin Qarabağ fatehləri və şəhid ailələri ilə görüşü keçirilib
Diaspor gənclərinin Qarabağ fatehləri və şəhid ailələri ilə görüşü keçirilib
Diaspor gənclərinin Qarabağ fatehləri və şəhid ailələri ilə görüşü keçirilib
Diaspor gənclərinin Qarabağ fatehləri və şəhid ailələri ilə görüşü keçirilib
Diaspor gənclərinin Qarabağ fatehləri və şəhid ailələri ilə görüşü keçirilibскачать dle 10.6фильмы бесплатно

241

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Diplom tanınması ilə bağlı 358 müraciətə mənfi rəy verilib
Marneulidəki soydaşlarımızın təhsili diqqət mərkəzindədir
Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Paşinyan II Qaregini dövlət çevilişinə dəstək verməkdə ittiham edib
Bakı Limanına yeni baş direktor təyin edilib
Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.