• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür!

10-12-2024, 17:00 | Baxılıb: 406
“10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür!

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli qətnaməsinə əsasən qəbul və bəyan edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbulundan artıq 76 il ötür.

Bir sıra mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların təsbit olunduğu və dünya birliyinin bərabərhüquqlu subyekti olan dövlətlərin qanunvericilik sistemlərinin formalaşmasında mühüm rol oynayan bu sənəd cəmi 30 maddədən ibarətdir.

Burada irəli sürülən irqindən, cinsindən, dilindən, dinindən, mənşəyindən və siyasi əqidəsindən asılı olmayaraq, bütün insanların bərabər hüquqlara sahib olmalarını təmin edən əsas prinsiplər bir çox beynəlxalq müqavilələrdə öz əksini tapmış və insan hüquqlarına beynəlxalq status qazandırmışdır. Həmçinin, Bəyannamə hüquqi baxımdan tövsiyə xarakteri daşısa da, orada müəyyən edilmiş hüquq və azadlıqlar bir çox ölkənin konstitusiyalarına daxil edilmiş və nəticədə dövlətlər üçün icrası məcburi olan bir sənədə çevrilmişdir.

Dünyada ilk dəfə olaraq hər bir insanın bərabərlik və ləyaqət hüququnu bəyan edən, hər kəsin doğulduğu andan toxunulmaz və ayrılmaz hüquq və azadlıqlara malik olduğunu müəyyənləşdirən bu sənəd, dövlətlərin insan hüquqlarının müdafiəsi məsələsinə münasibətinin müsbət mənada dəyişməsinə səbəb olmuşdur.

Etiraf etmək lazımdır ki, qəbul edilməsindən uzun illər keçməsinə baxmayaraq, Bəyannamə hələ də öz aktuallığını qoruyub saxlayır və insan hüquqlarının təşviqi, müdafiəsi və təminatı sahəsində əsas istinad mənbəyi rolunu oynayır.

Bəyannamənin universal əhəmiyyətini təsdiqləyən amillərdən biri də onun dünyada ən çox tərcümə olunan sənəd olmasıdır. Qəbul edildiyi gündən etibarən müxtəlif dillərə tərcümə olunmuş və 570-dən çox dilə çevrilmiş olması bunun əyani sübutudur.Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, hər il olduğu kimi, 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “İqlim dəyişikliyi və insan hüquqları” mövzusuna həsr olunmuş ənənəvi Jurnalist yazı və Uşaq rəsm müsabiqələri elan edilmişdir. Elə bu gün, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının dəstəyi ilə hər iki müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcəkdir.

Fürsətdən istifadə edərək hər kəsi insan hüquqlarına dair anlayışları ifadə etməyə cəsarətləndirməklə bərabərlik, ləyaqət və ədalətliliyə dəyər qatan və onları təşviq edən bir nəslin yetişdirilməsinə töhfə verən müsabiqələrdə iştirak etmiş hər kəsə təşəkkürümü bildirirəm.



Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və

ekoloji insan hüquqlarıgələcəyi üçün həyati əhəmiyyət kəsb edən bu sənədlər, ətraf mühitin müdafiəsini təmin etməklə yanaşı, ekoloji balansın saxlanması, təbii resursların mühafizəsi və ekologiyanın sağlamlaşdırılması məqsədini güdür.

Bunlara 1951-ci il tarixli “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiya, 1972-ci il tarixli “Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında” Konvensiya, 1973-cü il tarixli “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiya və 1979-cu il tarixli “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Avropa Konvensiyası daxil olmaqla bir çox digər müqavilələr daxildir. Bunlar ətraf mühitin qorunması və bioloji müxtəlifliyin təmin edilməsi məqsədini güdür.

BMT-nin 1989-cu il tarixli “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına nəzarət haqqında” Bazel Konvensiyası və 1992-ci il tarixli “İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası” (Kioto Protokolu) kimi beynəlxalq müqavilələr, ekoloji hüquqların müdafiəsi və iqlim dəyişikliyi ilə bağlı tədbirlərin gücləndirilməsi sahəsində əhəmiyyətlidir. 1992-ci il tarixli “Sərhəddən keçən su axınlarının mühafizəsi və istifadəsi haqqında” Konvensiya və 1997-ci il tarixli “Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu kimi sənədlər də bu istiqamətdə vacib hüquqi çərçivələr təqdim edir. Bundan əlavə, 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurası sağlam ətraf mühit hüququnu fundamental insan hüququ olaraq tanımış, bu da ekoloji hüquqların qlobal miqyasda tanınmasına böyük töhfə vermişdir.hüquqlarına təsiri



Müasir dövrün ən vacib problemlərindən biri olan qlobal iqlim dəyişikliyi, sənaye inqilabından sonra daha da sürətlənərək, Yer kürəsində orta temperaturun artmasına və hava şəraitində uzunmüddətli dəyişikliklərə səbəb olmuşdur.

Heç də təsadüfi deyildir ki, ölkəmizin də qoşulmuş olduğu BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində öz əksini tapmış təmiz su və sanitariya, iqlim dəyişikliyinə qarşı mübarizə, dəniz və torpaq ekosistemlərinin mühafizəsi kimi ətraf mühitlə bağlı problemlərin həlli istiqamətdə milli, regional və beynəlxalq səviyyələrdə əməkdaşlığın gücləndirilməsi, insan hüquqlarının ayrılmaz tərkib hissəsi olan ekoloji hüquqların səmərəli təşviqi, müdafiəsi və təmini mexanizminin daha da təkmilləşdirilməsi prioritet bir vəzifə kimi qarşıda durur.

İqlim dəyişikliyinin təsirləri insanların fundamental hüquqlarını, o cümlədən yaşamaq, azadlıq, təhlükəsizlik, əmək, sosial təminat, sağlam ətraf mühitdə yaşamaq, sağlamlıq, təhsil və digər əsas hüquqlarını təhlükə altına alır. Buna görə də, beynəlxalq ictimaiyyət iqlim dəyişikliyinin qarşısını almaq və onun təsirlərini azaltmaq üçün bu problemi insan hüquqları baxımından qiymətləndirməlidir.

İqlim dəyişikliyi təbii fəlakətlərin (sel, quraqlıq, daşqınlar, meşə yanğınları və s.) artmasına səbəb olur və bu, insanların həyatını təhlükəyə atır. Bu dəyişikliklər xüsusilə yoxsul və həssas bölgələrdə, həmçinin inkişaf etməkdə olan ölkələrdə yaşayan insanlara daha çox təsir edir. İnsanların yaşamaq hüququ, bu fəlakətlərin qarşısını almaq və nəticələrinə qarşı mübarizə aparmaq üçün müvafiq tədbirlərin görülməsini tələb edir.qlobal miqyasda iqlim dəyişikliyi ilə mübarizə sahəsində əhəmiyyətli addımlar atıldı. Dünya miqyasında iqlim dəyişikliyinin qarşısının alınmasına yönəlmiş kompleks tədbirlərin həyata keçirilməsi məqsədini güdən bu tədbirin yüksək səviyyədə təşkil edilməsi, ölkəmizin beynəlxalq arenadakı nüfuzunu daha da artırdı.

Konfransda müzakirə olunan əsas məsələlərdən biri iqlim dəyişikliyinə qarşı mübarizə üçün hər il 2035-ci ilə qədər 300 milyard dollar məbləğində maliyyə yardımının ayrılması ilə bağlı qəbul edilmiş qərar oldu. Bu, yalnız Azərbaycanın deyil, bütün bəşəriyyət üçün faydalı olan, uzunmüddətli perspektivdə dünyanın ekoloji vəziyyətini yaxşılaşdırmağa yönəlmiş mühüm bir addımdır. Tədbirin nəticəsi olaraq qəbul edilmiş qərarlar iqlim ədalətinin təmin olunmasında əsas rol oynayan ombudsmanlar və milli insan hüquqları institutlarının fəaliyyətinin əhəmiyyətini daha da artırmışdır. Ombudsmanlar sağlam ətraf mühitdə yaşamaq hüququnun müdafiəsi və iqlim dəyişikliyinin təsirinə məruz qalan həssas qrupların hüquqlarının qorunmasında mühüm funksiyalar yerinə yetirirlər.

Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış COP29-un Təşkilat Komitəsində Ombudsmanın təmsil olunması, insan hüquqları və iqlim dəyişikliklərinin qarşılıqlı əlaqəsi məsələlərinin daha dərindən müzakirə edilməsinə imkan yaratdı. Ombudsman təsisatı olaraq, biz də bu mühüm tədbirin təşkilinə və iqlim dəyişiklikləri ilə bağlı insan hüquqlarını qorumaq məqsədini güdən tədbirlərin keçirilməsinə öz töhfəmizi verdik. habelə burada insanların yaşamaq hüququnu təhdid edən və ətraf mühitə ciddi ziyan vuran çoxsaylı minalar basdırdığı qeyd edilmişdir. Eyni zamanda xalqımızın bəşəri əhəmiyyətə malik mədəni irsinin dağıdıldığı, dini-mədəni abidələrimizin yerlə-yeksan edildiyi diqqətə çatdırılmışdır. Müraciətdə, həmçinin Beynəlxalq Bakı Forumunun mövzusunun bəşəriyyət üçün xüsusi aktuallıq kəsb etdiyi, iqlim dəyişmələrinin bütün ölkələrin davamlı inkişafına və təhlükəsizliyinə təhdid törədən qlobal problemlərdən biri olduğu bildirilmiş, iqlim dəyişmələrinin əsas insan hüquqlarının müdafiəsi və təminatı baxımından bir sıra ciddi çətinliklər yaratdığı da qeyd olunmuşdur.

Ermənistanın hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan artıq soydaşının təməl hüquqları uzun illər ərzində kobud şəkildə pozulmuş bir ölkənin Ombudsmanı olaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin təminatçısı, keçmiş məcburi köçkünlərimizin öz tarixi ata-baba yurdlarına qayıtmalarına zəmin yaratmış, bununla da onların insan hüquqlarının təmininə nail olmuş ən böyük hüquq müdafiəçisi - Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyevə Beynəlxalq Bakı Forumunun iştirakçılarına ünvanladığı müraciətə görə dərin minnətdarlığımı bildirirəm.

Tədbirdə Ombudsman və BMT-nin İnkişaf Proqramı tərəfindən Hakaton formatında tələbələr üçün elan edilmiş “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda araşdırma-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.

Forumda “İqlim dəyişikliyi ilə mübarizəyə dair təşəbbüslərdə milli insan hüquqları təsisatları və ombudsman institutlarına dəstək strategiyaları”, “İqlim dəyişikliyi və onun təsirləri haqqında məlumata ictimai əlçatanlıq”, “İqlim dəyişikliyi ilə mübarizədə çoxtərəfli əməkdaşlıq”, “İqlim dəyişikliyinin müharibənin partlayıcı qalıqları və minalarla çirklənmə ilə əlaqəsi” və “İqlim dəyişikliyi kontekstində biznes hesabatlılığının təşviqi” mövzularında panel sessiyaları təşkil edilmişdir. Sessiyalarda mövzular üzrə çıxışlar dinlənilmiş, geniş fikir mübadilələri aparılmış, çağırışlar və gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə olunmuşdur.

Tədbirin yekununda ekoloji problemlərin həlli istiqamətində ombudsman və milli insan hüquqları təsisatlarının rolunun gücləndirilməsi, həmçinin müvafiq sahədə məlumatlılığın artırılması ilə bağlı müddəaları özündə əks etdirən Beynəlxalq Bakı Forumunun Bəyannaməsi səsləndirilmiş və qəbul olunmuşdur. ədalətinin təmin edilməsində ombudsman təsisatlarının rolunun gücləndirilməsi ilə bağlı və digər müvafiq məsələlər barədə ekspertlərin məruzələri dinlənilmişdir.

Bu mötəbər tədbir, ölkələrə iqlim fəlakətlərindən qorunmaq üçün yeni maliyyə razılaşmasının əldə olunması ilə başa çatdı. Bu razılaşmanın əldə olunması ciddi və səmərəli müzakirələrdən sonra mümkün oldu. 196 ölkədən 80 dövlət və hökumət başçısı, eləcə də 76 mindən çox nümayəndənin iştirak etdiyi tədbirdə Bakı Təşəbbüsü və Bakı Rəhbər Prinsipləri kimi mühüm sənədlər qəbul olundu.

Hesab edirik ki, COP29-un yekununda onun yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edən qətnamə layihəsinin qəbul edilməsi ölkəmizin növbəti mühüm uğurudur.

Beləliklə, iqlim dəyişikliyi yalnız ekoloji deyil, həm də sosial və hüquqi sahələrdə ciddi təsirlər yaradır. Bu səbəbdən, beynəlxalq təşkilatlar, dövlət orqanları və digər aidiyyəti qurumlar, eləcə də hər kəs iqlim ədalətinin təmin olunmasında öz rolunu dərk etməli, həmrəylik göstərməlidir.

İqlim dəyişikliyinə qarşı mübarizə məqsədilə insan hüquqlarının qorunmasına dair yeni çağırışlarla bağlı, həm qlobal, həm də yerli səviyyədə çevik, ədalətli və dayanıqlı həll yollarının tapılması üçün müxtəlif yanaşmalar irəli sürülə bilər:

İqlim dəyişikliyinə qarşı mübarizə və onun təsirlərinin azaldılması, bərabərsizliklərin azaldılmasına yönəlməlidir. Xüsusilə inkişaf etməkdə olan ölkələrə və həssas icmalara dəstək verilməli, zəngin ölkələr öz karbon izlərini azaldaraq bu icmalara yardım etməlidir;
İnsan hüquqlarının qorunması üçün icmaların iqlim fəlakətlərinə qarşı dayanıqlılığını artırmaq vacibdir. Bu, su ehtiyatlarının idarə edilməsi, kənd təsərrüfatı və yaşayış yerlərinin mühafizəsi kimi sahələrdə innovativ yanaşmaların tətbiqini tələb edir;
İqlim dəyişiklikləri ilə bağlı hüquqi və institusional qurumlar arasında daha sıx əməkdaşlıq yaradılmalı və bu, hüquq sistemlərinin, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyətinə əsaslanmalıdır. İqlim dəyişikliyi ilə bağlı hüquqi öhdəliklər, insan hüquqlarını qorumağa yönələn tədbirlər olmalıdır;İnsan hüquqlarının iqlim dəyişikliyi ilə əlaqəli aspektləri barədə beynəlxalq və yerli ictimaiyyəti maarifləndirmək, qlobal təsirlərin azaldılması məqsədilə hüquq və ədalət prinsiplərinə əsaslanan hüquqi mexanizmlərin daha səmərəli şəkildə tətbiqinə xüsusi diqqət yetirmək lazımdır.
Sağlam ətraf mühitdə yaşamaq hüququnun qorunması, həssas qrupların müdafiəsi və dayanıqlı inkişaf prinsiplərinin tətbiqi hamımızın ortaq məsuliyyətidir. Bu sahədə ölkəmizin əldə etdiyi müsbət addımlar, qlobal iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi töhfəni və dövlətin ali məqsədi olan insan hüquqlarının, o cümlədən sağlam ətraf mühitdə yaşamaq hüququnun daha səmərəli təmininə diqqətini göstərir.

Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir və qlobal iqlim dəyişikliyinin insan hüquqları ilə əlaqəli yaratdığı yeni çağırışlar qarşısında hər birimizi məsuliyyətli və fəal olmağa dəvət edirəm. Gəlin, gələcək nəsillərə rahat yaşamaq üçün layiq bir dünya buraxmaq naminə səylərimizi birləşdirək, hər birimizin hüquqlarını daha səmərəli müdafiə etmək üçün kollektiv iradə ilə birlikdə addımlayaq.



Səbinə Əliyeva

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili

(Ombudsman), hüquq üzrə

fəlsəfə doktoru
скачать dle 10.6фильмы бесплатно


406

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.