09.12.2024-cü il tarixdə ATİAHİ Nizami rayon komitəsi Rəyasət Heyyətinin növbəti iclası keçrilmişdir.
Ulu öndər dahi şəxsiyyət Heydər Əliyevin və Şəhidlərimizin xatirəsi anılmışdır.
Bir il ərzində görülmüş işlər və gündəlik məsələlər müzakirə olunaraq qəbul edildi .Komitə sədri S.Əsədov ATİAHİ RK-nın sədri cənab Araz Paşayevin salamlarını çatdırmış və təhsil işçilərinin əmək ,sosial hüquqlarının qorunması ,eyni zamanda yeni layihələrin xüsusilə yollayışların sadələşdirilməsindən danışmış ,elektron sənəd dövriyyəsinin tətbiqindən bəhs etmiş ,çox saylı suallara cavab vermişdir .
Gündəliyin müzakirəsi zamanı 2025-ci ilin smetası təsdiq edilmiş ,ictimai və sosial komisiyyaların hesabatları dinlənilmiş , komissiyaların tərkibinə yeni üzvlər seçilmişdir .
Həmçinin NTK-nın hesabatı dinlənilmiş və sədr R.Əliyevanın əmək müqaviləsinə xitam verildiyi üçün rəyasət heyətinin qərarı ilə növbəti seçki ilinə kimi Aytən Əliyevanın tərkibə və sədrliyə namizədliyi təsdiq edilmişdir .
Sonda komitə sədri Sübut Əsədov cənab Araz Paşyevin adından Nizami rayon təhsil ictimaiyyətini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.