• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“Azərkosmos”un peyk həlləri Qırğızıstanda təbii fəlakətin qarşısının alınmasında istifadə olunub

11-12-2024, 12:30 | Baxılıb: 496
““Azərkosmos”un peyk həlləri Qırğızıstanda təbii fəlakətin qarşısının alınmasında istifadə olunub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin ("Azərkosmos") Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığı çərçivəsində hazırladığı rəqəmsal peyk həlləri təbii fəlakət riskinin qiymətləndirilməsi və qarşısının alınmasında istifadə olunub.

Bu barədə Diaspor.info-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Azərkosmos” tərəfindən təqdim olunan yüksək dəqiqlikli rəqəmsal relyef modeli (DEM – Digital Elevation Model) Qırğızıstanda potensial təbii fəlakətin qarşısını almaqda mühüm rol oynayıb və yüzlərlə insanın həyatını xilas etməyə kömək edib.

Qeyd edək ki, DEM ərazinin yüksəklik məlumatlarını rəqəmsal formada təsvir edən coğrafi məlumat modeli olub, relyefin quruluşunu və formasını dəqiq şəkildə təsvir etmək üçün istifadə olunur. Peyk təsvirlərinin təhlili və əlavə monitorinq məlumatları əsasında müəyyən edilib ki, Qırğızıstanda İssık-göl ərazisində dağ gölünün daşması ilə bağlı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi mümkün deyil və ətraf kəndlər ciddi daşqın təhlükəsi ilə üzləşə bilər. Bu məlumatlar əsasında Qırğızıstanda aidiyyəti qurumlar dərhal tədbir görərək risk altındakı yaşayış məntəqələrindən insanların evakuasiyasını təşkil edib. Evakuasiyadan cəmi dörd gün sonra gözlənilən daşqın baş verib. Lakin vaxtında görülən tədbirlər sayəsində 500 nəfərin həyatı xilas olunub.

Qırğızıstanda 2000-dən çox dağ gölü mövcuddur və onlardan 320-si potensial fövqəladə hallar üçün ciddi təhlükə yaradır. Yüksək dağlıq ərazilərdə yerləşən bu göllərin daşması Mərkəzi Asiya regionuna genişmiqyaslı təsirlər göstərə bilər. Təbii fəlakətin baş verməsinin əsas səbəblərindən biri dağ göllərinin iqlim dəyişiklikləri nəticəsində artan həssaslığıdır. Temperaturun yüksəlməsi buzlaqların əriməsini sürətləndirərək göllərin səviyyəsinin kritik həddə çatmasına gətirib çıxarır.

Məsələn, riskli ərazilərdə daha detallı peyk monitorinqinin aparılması və bu göllərin təhlükəsizlik strukturunun gücləndirilməsi gələcəkdə bənzər fəlakətlərin qarşısını ala bilər. Rəqəmsal relyef modelləri və peyk məlumatları fəlakətlərin idarə olunmasında yüksək dəqiqlikli proqnozlar verərək həm insan, həm də maliyyə resurslarına qənaət etməyə imkan verir.скачать dle 10.6фильмы бесплатно


496

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.