Bu gün ATİAHİ Nizami Rayon Komitəsinin tabeliyində olan 309 saylı körpələr evi uşaq bağçasının ilk təşkilat sədri Əzizova Xatirə Fərman qızının 65 illik yubileyi münasibətilə həmin bağçanin əmək kollektivi ilə Sübut Əsədovun görüşü keçirilib.
S.Əsədov ATİAHİ. RK-nın sədri Araz Paşayevin adından xüsusi salamlarını çatdırdı və yubliyarı bir müəssisədə qırx il çalışması ,insani keyfiyyətlərini nəzərə alaraq fəxri fərman və hədiyyə təqdim etmişdir .
S.Əsədov kollektiv ilə səmimi söhbət etmiş ,respublika komitəsinin gördüyü işlərdən və yollayışların asan əldə edilməsindən ,elektron sənəd dövriyyəsinin əhəmiyyətindən danışaraq suallara cavab vermişdir .
Tədbirin sonunda 309 saylı bağçanın müdiri Afət Əliyeva göstərilən diqqətə görə Araz Paşayevə və Nizami Rayon Komitəsinə kollektivin təşəkkürünü bildirmişdir.