• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İstanbulda “Qarabağ və Şərqi Zəngəzura böyük qayıdış” mövzusunda tədbir keçirilib

29-12-2024, 14:00 | Baxılıb: 657
“İstanbulda “Qarabağ və Şərqi Zəngəzura böyük qayıdış” mövzusunda tədbir keçirilib

İstanbulda “Qarabağ və Şərqi Zəngəzura böyük qayıdış” mövzusunda tədbir keçirilib
Türkiyədə fəaliyyət göstərən “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Dərnəyi tərəfindən “Biz birlikdə güclüyük” adlı silsilə tədbirlər layihəsi çərçivəsində İstanbulda “Qarabağ və Şərqi Zəngəzura böyük qayıdış” mövzusunda tədbir keçirilib.
Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF), Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF), eləcə də İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin dəstəyi ilə təşkil olunub.
Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi Böyük Qayıdış proqramı haqqında danışılıb. Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatları ilə bağlı keçmiş və gələcək layihələrin daha yüksək səviyyədə gerçəkləşdirilməsi, saylarının artırılması barədə görülən işlərdən bəhs olunub. 1990-cı illərdə öz yurd-yuvalarından məcburi didərgin salınan, hazırda doğma torpaqlarına qayıdan həmvətənlərimizə Azərbaycan dövləti tərəfindən göstərilən qayğı, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri haqqında məlumat verilib. Mövzu ilə bağlı xüsusi videoçarxlar göstərilib.
Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının üzvlərinin, Azərbaycanın xalq yaradıcılığı üzrə mütəxəssis Elnarə Rəsulovanın ideya müəllifi olduğu əsərlər, eləcə də sənətkara məxsus “Ata vəsiyyəti, oğul Zəfəri”, “Dəmir Yumruq”, “Laçın zirvəsi”, “Bir millət, iki dövlət… tək yumruq”, “Soyumuz bir, dinimiz bir..” mövzusunda xalçalar, dünyanın məşhur muzeylərində saxlanılan və Azərbaycanın 7 bölgəsinə aid qədim xalçaların replikaları, Teatr Birliyi sədrinin müavini Lətafət Rəfiqin, Türkiyə-Azərbaycan Vizyon Teatrının rəssamı Tariyel Əlizadənin, əl işləri sənətçisi Fatimə Abdalın əsərləri sərgilənib.
Bədii hissədə Azərbaycan Mədəniyyət Mərkəzinin solisti, “Xarıbülbül” Azərbaycan Mədəniyyət Mərkəzinin musiqi departamentinin rəhbəri Vüsalə Əsgərova, mərkəzin Qadın Birlikləri Departamentinin rəhbəri Nazlı Bağırova, solist Yelena Qolovina, aşıq Rəna Quliyeva, eləcə də "Günəş" xor və rəqs kollektivi musiqi nömrələri ilə çıxış edib.

İstanbulda “Qarabağ və Şərqi Zəngəzura böyük qayıdış” mövzusunda tədbir keçirilib
İstanbulda “Qarabağ və Şərqi Zəngəzura böyük qayıdış” mövzusunda tədbir keçirilib
İstanbulda “Qarabağ və Şərqi Zəngəzura böyük qayıdış” mövzusunda tədbir keçirilib
İstanbulda “Qarabağ və Şərqi Zəngəzura böyük qayıdış” mövzusunda tədbir keçirilib
İstanbulda “Qarabağ və Şərqi Zəngəzura böyük qayıdış” mövzusunda tədbir keçirilib
İstanbulda “Qarabağ və Şərqi Zəngəzura böyük qayıdış” mövzusunda tədbir keçirilib
скачать dle 10.6фильмы бесплатно

657

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.