• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Region həkimləri ilə ana və uşaq sağlamlığı mövzusunda dəyərli təcrübə və bilik mübadiləsi aparıldı

28-01-2025, 10:00 | Baxılıb: 433
“Region həkimləri ilə ana və uşaq sağlamlığı mövzusunda  dəyərli təcrübə və bilik mübadiləsi aparıldı

Region həkimləri ilə ana və uşaq sağlamlığı mövzusunda
dəyərli təcrübə və bilik mübadiləsi aparıldı

“Milli Pediatriya Akademiyası-95 il”

Lənkəran şəhərində 25-26 yanvar tarixlərində Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və “Lasomedgroup”un dəstəyi ilə Azərbaycan Pediatrlar Assosiasiyasının “Milli Pediatriya Akademiyası-95 il” yubiley layihəsi çərçivəsində növbəti konfransı keçirilib.
Konfransın əsas məqsədi, uşaq sağlamlığının inkişaf dinamikasında əhəmiyyətli amilləri ön plana çıxarmaq, profilaktika, erkən diaqnostika və müalicə metodlarını təkmilləşdirmək, milli pediatriyanın üzləşdiyi çətinliklərə həll yolları təklif etmək, həmçinin regionlarda səhiyyə xidmətlərinin inkişafına yönəlmiş yeni strategiyaları müzakirə etmək olub.
Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Şirvan və Mingəçevir şəhərlərindən iki yüzə yaxın həkim və mütəxəssis iştirak etdi “Pediatriyanın aktual problemləri” mövzusuna həsr olunmuş bu mühüm tədbir milli səhiyyə sistemində ana və uşaq sağlamlığının prioritet olaraq qorunması, erkən diaqnostika və müalicə sahəsində müasir yanaşmaların tətbiqini nəzərdən keçirməyə imkan yaradıb.
Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq Xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə açılış nitqində layihənin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Bakıda, Gəncədə, Sumqayıtda və Lənkəranda təşkil olunan bu konfranslar pediatriya sahəsində aktual problemləri, innovativ həlləri və yeni yanaşmaları geniş şəkildə müzakirə etmək üçün mühüm platforma rolunu oynayır, eyni zamanda region həkimlərinin təcrübə və bilik mübadiləsi aparması, milli səhiyyənin inkişafına töhfə verir.
Alim "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ekologiyanın, ətraf mühitin uşaq sağlamlığına təsiri” “Uşaqlarda kəskin bağırsaq infeksiyası” və “Susuzlaşmanın dərəcələrinin pediatrik praktikada diferensasiyası” mövzularında təqdimatlarla çıxış edib.
Tədbir zamanı müasir pediatriyanın tətbiqi aspektləri, uşaqlarda müxtəlif xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası haqqında geniş təqdimatlar edilib. Allergik, pulmonoloji, endokrinoloji, qastroenteroloji, hematoloji və metabolik xəstəliklərin müasir yanaşmalarla müalicəsi diqqət mərkəzində olub.
Konfransda çıxış edənlər – professor Mir Eldar Babayev "Uşaqlarda kəskin leykozun klinik manifestasiya formaları, diaqnostik səhvlər. Praktikadan çıxarış", dosentlər– Ülviyyə Hacıyeva “Uşaqlarda pnevmoniyaların diaqnostika və müalicəsinə müasir yanaşma”, “Pediatrik praktikada EKQ-nin interpretasiyası”, Fəxriyyə Məmmədova “Uşaqlarda respirator xəstəliklərin atipik gedişi: diaqnostika və müalicəyə yeni baxış”, “Kardioloji patologiya üzrə risk qrupuna daxil olan uşaqlarda pediatrın taktikası”, Lalə Hidayətova “Postinfeksion sindromunun qastrointestinal təzəhürləri”, “Qastrointestinal allergiyalar: Pediatrın təcrübəsində həll yolları”, Nigar Hacıyeva “Kəskin respirator viruslar və ətraf mühit. Əlaqə varmı?”, Səbinə Cəfərova “COVID-19 keçirmiş uşaqlarda multisitem iltihabi sindromun klinik-immunoloji təzahürləri və gediş xüsusiyyətləri”, həkim İlahə Hacıyeva "Neyroinkişaf geriliyi olan uşaqlara yanaşma" və digər mövzularda məruzələr səsləndiriblər.
Həmçinin konfransda ana və uşaq sağlamlığını səhiyyə xidmətlərində daha vacib edən mühüm səbəblər, hamiləlik, böyümə və inkişaf prosesləri zamanı xəstəlik və ölüm hallarına səbəb olan bioloji xüsusiyyətlər, uşaqlarda xronik xəstəliklər, yetkinlik dövründə fiziki, psixi sağlamlıq və son illərdə doğum nisbətində və əhalinin artımında müşahidə olunan tendensiyalardan bəhs ediblər, master-klas keçiblər.
Konfransın ikinci günü müxtəlif sahələrdə çalışan uşaq həkimləri ilə “Sağlam həyat tərzinin təşviqində pediatrların rolu” mövzusunda dəyirmi masa keçirilib, bu sahədə olan çətinliklər və onların həll yolları müzakirə edilib.
Sonda iştirakçılara Səhiyyə Nazirliyi tərəfindən 12 DTT balı ilə qiymətləndirilmiş sertifikatlar təqdim olunub.
Lənkəranda keçirilən bu mötəbər tədbir bir daha göstərir ki, sağlam nəsil yetişdirmək üçün innovativ yanaşmaların tətbiqi, bilik mübadiləsi və geniş əməkdaşlıq həyati əhəmiyyət kəsb edir. Bu təşəbbüs həm milli səhiyyənin, həm də pediatriya sahəsinin gələcək inkişafı üçün önəmli zəmin yaradır.

Region həkimləri ilə ana və uşaq sağlamlığı mövzusunda  dəyərli təcrübə və bilik mübadiləsi aparıldı
Region həkimləri ilə ana və uşaq sağlamlığı mövzusunda  dəyərli təcrübə və bilik mübadiləsi aparıldı
Region həkimləri ilə ana və uşaq sağlamlığı mövzusunda  dəyərli təcrübə və bilik mübadiləsi aparıldı
Region həkimləri ilə ana və uşaq sağlamlığı mövzusunda  dəyərli təcrübə və bilik mübadiləsi aparıldı
скачать dle 10.6фильмы бесплатно


433

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.