• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və tarixi-mədəni abidələri ilə bağlı fotolayihə həyata keçirilir

7-02-2025, 11:30 | Baxılıb: 521
“Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və tarixi-mədəni abidələri ilə bağlı fotolayihə həyata keçirilir

“Gilavar Foto Klubu” İctimai Birliyi “Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və tarixi-mədəni abidələri ilə bağlı rəqəmsal platformanın yaradılması” adlı fotolayihə həyata keçirir.

İctimai birlikdən Diaspor.info-ya bildirilib ki, layihənin əsas məqsədi Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və tarixi-mədəni abidələri ilə bağlı vahid platformanın formalaşdırılması və beynəlxalq ictimaiyyətin Azərbaycanın mədəni irsi, tarixi-mədəni abidələri ilə tanış edilməsidir.

Layihənin rəhbəri Dilavər Nəcəfov torpaqlarımızın işğal altında olduğu dövrdə mədəniyyət abidələrinin məqsədli şəkildə dağıdılaraq vandalizmə məruz qaldığını, 47 abidənin isə yer üzündən tamamilə silindiyini söyləyib. Qeyd edib ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Layihə çərçivəsində işğaldan azad olunan ərazilərə səfərlər ediləcək və peşəkar fotoqraflar tərəfindən burada yerləşən tarixi-mədəni abidələrin fotoları çəkiləcək. Layihə müddətində ictimai birliyin “gilavar.az” veb-saytında mövzu ilə bağlı yeni bölmələrin yaradılması, yekunda isə təqdimat mərasimin keçirilməsi və fotosərginin təşkili nəzərdə tutulur.

Qeyd edək ki, “Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və tarixi-mədəni abidələri ilə bağlı rəqəmsal platformanın yaradılması” layihəsi Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. “Gilavar Foto Klubu” İctimai Birliyi Nazirliyin 2024-cü ildə elan etdiyi qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsinin qaliblərindən biridir.скачать dle 10.6фильмы бесплатно


521

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.