• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb

10-02-2025, 13:00 | Baxılıb: 494
“Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb

Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb
Şotlandiyanın Aberdin Universitetinin Azərbaycan Cəmiyyəti hər il universitetdə keçirilən beynəlxalq sərgidə ölkəmizi təmsil edib.
Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan dövlətinin diaspor, gənclər və mədəniyyət siyasətinə, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na və “Azərbaycan Mədəniyyəti - 2040” Milli Mədəniyyət Konsepsiyası və Konsepsiya çərçivəsində 2025-2030-cu illər üçün Birinci Milli Fəaliyyət Planına uyğun olaraq tələbələri müxtəlif təbliğat materialları, milli geyimlər və bayraqlarla təmin edib.
Sərgidə iştirak edən tələbələrə və ziyarətçilərə Azərbaycanın zəngin mədəniyyəti, milli adət-ənənələri və tarixi haqqında geniş məlumat verilib.
Azərbaycana məxsus ekspozisiyada milli kimliyimizə aid müxtəlif mədəni və tarixi elementlər sərgilənib, qonaqlara mətbəximizdən nümunələr, o cümlədən paxlava və şəkərbura təqdim edilib. Ziyarətçilər Azərbaycan bayrağı, onun tarixi və rəmzi mənası barədə məlumatlandırılıb. Bununla yanaşı, onlar UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən Azərbaycan kəlağayıları ilə tanış olublar.
Sərgidə qonaqlarda maraq doğuran məqamlardan biri də nərd oyunu olub. Onlara oyunun qaydaları izah olunub.
Tədbir mədəniyyətlərarası dialoqun inkişafına və Azərbaycanın zəngin irsi haqqında maarifləndirməni artırmağa imkan yaratdıb.
Qeyd edək ki, Aberdin Azərbaycan Cəmiyyəti 2023-cü ildə Aberdin Universitetində "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" çərçivəsində təhsil alan tələbələr tərəfindən yaradılıb.

Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb
Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb
Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb

скачать dle 10.6фильмы бесплатно


494

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.