• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Əməkdar jurnalist Aydın Ağazadənin 70 illik yubileyi qeyd edilib

17-02-2025, 16:30 | Baxılıb: 530
“Əməkdar jurnalist Aydın Ağazadənin 70 illik yubileyi qeyd edilib


Əməkdar jurnalist Aydın Ağazadənin 70 illik yubileyi qeyd edilib

Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə əməkdar jurnalist Aydın Ağazadənin 70 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.

Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid yubilyarın geniş yaradıcılıq diapazonu ilə seçildiyini, zəngin və mənalı ömür yolu keçdiyini vurğulayıb. O bildirib ki, A.Ağazadə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1976-1990-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə işləyib. 1990-1992-ci illərdə “Ədalət” qəzetinin şöbə müdiri, baş redaktorun birinci müavini vəzifəsində çalışıb. 1992-2001-ci illərdə “Azərbaycan” qəzetində hüquq şöbəsinin müdiri kimi fəaliyyət göstərib.
Əməkdar jurnalist Aydın Ağazadənin 70 illik yubileyi qeyd edilib
Əməkdar jurnalist Aydın Ağazadənin 70 illik yubileyi qeyd edilib
“Ədalət” və “Azərbaycan” qəzetlərində yubilyarla birlikdə çalışdığı dövrləri yada salan MŞ sədri əlavə edib ki, A.Ağazadə 2001-ci ildən 2015-ci ilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəisi vəzifəsini tutub. Bu vəzifədə nümunəvi xidmət göstərib. R.Məcid onu da bildirib ki, yubilyar 4 kitab, 3 pyes, 1 kinossenari və 1000-dən çox məqalənin müəllifidir, 2020-ci ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. MŞ sədri A.Ağazdənin 70 illik yubileyi ilə bağlı rəhbərlik etdiyi qurumun diplomu ilə də təltif olunduğunu diqqətə çatdırıb və diplomu ona təqdim edib.

Çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvü, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, Şuranın Ahıl Jurnalistlər Məclisinin rəhbəri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, yazıçı Xeyrəddin Qoca, tanınmış jurnalist Araz Qurbanov, “Şuşa” qəzetinin redaktoru, publisist-tərcüməçi, Vasif Quliyev, teatrşünas və dramaturq Çingiz Ələsgərli, əməkdar mədəniyyət işçisi, yazıçı-publisist Fazil Rəhmanzadə, əməkdar jurnalist Əhməd Əsgər, yazıçı-publisist Bəxtiyar Qaraca, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı, “Azərbaycan” qəzetinin əməkdaşı Bəxtiyar Əzizli və başqaları A.Ağazadəni məhsuldar həyat yolu keçmiş istedadlı jurnalist, yazıçı, daim mediaya bağlı olan, informasiya işinin həssaslığını duyan bacarıqlı məmur, əsl ziyalı və dost kimi xarakterizə edib, ona yubiley təbriklərini, xoş arzularını çatdırıblar.

Sonda çıxış edən Aydın Ağazadə həyat yoluna və yaradıcılığına verilən yüksək dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib. Yubilyar özü haqqında söylənilən xoş sözlərin onu yaradıcılığa səslədiyini, həyat stimulu verdiyini vurğulayıb.скачать dle 10.6фильмы бесплатно


530

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.