• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qanunsuz zəbt edilmiş ərazilərdə müxtəlif növ hasilat işlərinin aparılması faktları ilə bağlı cinayət işləri başlanıb

20-02-2025, 12:30 | Baxılıb: 398
“Qanunsuz zəbt edilmiş ərazilərdə müxtəlif növ hasilat işlərinin aparılması faktları ilə bağlı cinayət işləri başlanıb

Qanunsuz zəbt edilmiş ərazilərdə müxtəlif növ hasilat işlərinin aparılması faktları ilə bağlı cinayət işləri başlanıb.

Bu barədə Diaspor.info-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Goranboy, Hacıqabul, Tərtər və İmişli rayonları ərazisində yerin təkinin qorunması qaydalarının pozularaq qanunsuz olaraq hasilat aparılması, eləcə də torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları ilə bağlı araşdırma aparılıb.

Araşdırmalarla Goranboy rayonu ərazisində yerləşən “Mənəşli” gips yatağında “Cavidan İstehsalat Kommersiya” MMC, Tərtər çayının Tərtər rayonu ərazisindən keçən hissəsində Səfiyar Quliyevə məxsus karxana, Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində yerləşən Nakim Şərifova məxsus karxananın vəzifəli şəxsləri, habelə Hacıqabul rayonu ərazisində yerləşən 3 saylı RMTM-nin Sabirabad meşəbəyliyində Anar Nəbiyev tərəfindən səlahiyyətlərindən sui-istifadə etməklə mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsinin zəbt edilərək qanunsuz gips, qarışıq süxur və qum-çınqıl hasilatı işlərinin aparılması nəticəsində təbiətə 304 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1, 255.2 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə və daxili işlər orqanlarına göndərilib.скачать dle 10.6фильмы бесплатно


398

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.