• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Komitə sədri Almaniyadakı Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evində olub

25-02-2025, 12:00 | Baxılıb: 474
“Komitə sədri Almaniyadakı Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evində olub

Komitə sədri Almaniyadakı Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evində olub
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Almaniyaya səfəri çərçivəsində Berlin şəhərində fəaliyyət göstərən Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evini ziyarət edib.
Mədəniyyət Evinin fəaliyyəti ilə yaxından tanış olan komitə sədri Azərbaycan həftəsonu məktəbindəki dərs prosesində iştirak edib, məktəbin müəllim heyəti və şagirdlərlə söhbətləşib, tədris prosesi ilə bağlı müzakirə aparıb.

Komitə sədri Almaniyadakı Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evində olub

Hazırda 100-dən çox azərbaycanlı uşağın təhsil aldığı həftəsonu məktəbinin fəaliyyətini yüksək qiymətləndirən sədr bir daha xatırladıb ki, xaricdə yaşayan azərbaycanlı uşaqların ana dilini öyrənməsi Prezident İlham Əliyevin Azərbaycan diasporuna mühüm tövsiyələrindən biridir.
Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evinin rəhbəri Sevda Badaliouri bildirib ki: “Son zamanlar Mədəniyyət Evinə gələn azərbaycanlı uşaqların sayı daha da artıb, əldə olunan nəticələr ürəkaçandır. Mədəniyyət Evində həftəsonu məktəbi ilə bərabər, müxtəlif dərnəklər də fəaliyyət göstərir. Gələcəkdə buranı Azərbaycan məktəbinə çevirmək və bununla da azərbaycanlı uşaqların orta məktəb sertifikatı almalarına şərait yaratmaq niyyətindəyik”.
Görüşdə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev də iştirak edib.
Xatırladaq ki, bu gün dünyanın müxtəlif ölkələrində 30 Azərbaycan Evi və 100-dən çox həftəsonu Azərbaycan məktəbi fəaliyyət göstərir.скачать dle 10.6фильмы бесплатно


474

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.