• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Mətbuat Şurasında Fransa əsarətindəki müstəmləkələrdən gələn media nümayəndələri ilə görüş keçirilib

25-02-2025, 16:00 | Baxılıb: 435
“Mətbuat Şurasında Fransa əsarətindəki müstəmləkələrdən gələn media nümayəndələri ilə görüş keçirilib



Fransa əsarətindəki müstəmləkələrdən Azərbaycana səfərə gələn media nümayəndələri Mətbuat Şurasında olublar. Onlarla görüşdə çıxış edən MŞ sədri Rəşad Məcid rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat verib. R.Məcid Azərbaycanın da beynəlxalq media, o cümlədən Fransa mediası tərəfindən əsassız ittihamlara məruz qaldığını bildirib. O, ədalətsizliyə qarşı mübarizəni ölkəmizin media təmsilçiləri ilə Fransa əsarətindəki müstəmləkələrin jurnalistlərini birləşdirən ortaq maraq kimi səciyyələndirib.
Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli qonaqlara ölkəmizdə medianın durumu barədə məlumat verib, mövcud istiqamətdəki statistikanı açıqlayıb.
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Fransa əsarətindəki müstəmləkələrdən olan media təmsilçilərinin ölkəmizə səfərlərinin kommunikasiya üzrə təcrübə mübadiləsi məqsədi daşıdığını bildirib, iştirakçıları qonaq jurnalistlərin səfər qrafiki ilə tanış edib.
Müzakirələr zamanı MŞ sədri R.Məcid, həmçinin, MŞ İdarə Heyətinin üzvləri Azər Həsrət, Hacıbəy Heydərli və Şuranın icraçı katibi Əvəz Rüstəmov xarici media təmsilçilərinin MŞ-nin fəaliyyəti, eləcə də Azərbaycan jurnalistikası ilə bağlı suallarını cavablandırıblar.
Görüş zamanı müstəmləkəçilik siyasətinin yaratdığı sosial, siyasi və mədəni fəsadlar geniş müzakirə edilib. Xüsusilə, müstəmləkə rejimlərinin medianın inkişafına zərbələr vurduğu və təzyiqlərin davam etdiyi bildirilib. Bu çərçivədə kolonial siyasətin informasiya axınını manipulyasiya etməsi, senzura tətbiqi və yerli mədəniyyətlərin informasiya məkanından sıxışdırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Fransa müstəmləkələri altında fəaliyyət göstərən jurnalistlərin qarşılaşdıqları real çətinliklər ön plana çəkilib.
Görüş zamanı, həmçinin, tərəflər arasında beynəlxalq mediada yerli xalqların səsinin eşidilməsi, informasiya axınında ədalətli təmsilçilik və dezinformasiyaya qarşı birgə mübarizə yolları ətrafında diskussiyalar gedib, Azərbaycanın media qurumları ilə əməkdaşlıq imkanları dəyərləndirilib. Gələcəkdə birgə layihələrin həyata keçirilməsi, müştərək konfransların, seminarların və təlimlərin təşkilinə maraq ifadə olunub. Eyni zamanda, müstəmləkə təcrübələrinə dair tədqiqatların aparılması barədə planlar irəli sürülüb. Belə təmaslar beynəlxalq media əməkdaşlığının gücləndirilməsi və müstəmləkə siyasətinin informasiya sahəsində yaratdığı maneələrin aradan qaldırılması istiqamətində mühüm addım kimi qiymətləndirilib.
Mətbuat Şurasında Fransa əsarətindəki müstəmləkələrdən gələn media nümayəndələri ilə görüş keçirilib
Mətbuat Şurasında Fransa əsarətindəki müstəmləkələrdən gələn media nümayəndələri ilə görüş keçirilib
Mətbuat Şurasında Fransa əsarətindəki müstəmləkələrdən gələn media nümayəndələri ilə görüş keçirilibскачать dle 10.6фильмы бесплатно


435

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.