• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Agentlik sədri: 57 mindən çox müxtəlif qida məhsullarının etiketində Azərbaycan dilində məlumat qeyd olunmayıb

28-02-2025, 16:00 | Baxılıb: 474
“Agentlik sədri: 57 mindən çox müxtəlif qida məhsullarının etiketində Azərbaycan dilində məlumat qeyd olunmayıb

57 mindən çox müxtəlif qida məhsullarının etiketində Azərbaycan dilində zəruri məlumatların qeyd olunmadığı aşkarlanıb.
Diaspor info-nun məlumatına görə, bunu Naxçıvan MR Qida Təhlükəsizliyi Agentliyinin sədri Səfəralı Nəsirov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, muxtar respublikada keçirilən monitorinqlər zamanı bir sıra nöqsanlar müəyyən edilib:

"47 dönərxanada 96 halda monitorinq aparılıb, nöqsanlar aşkar olunub. Dönərxanalarda hazırlanan dönərlərin minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi məqsədilə 22 halda dönər və dönərdə istifadə olunan mayonez əsaslı sous məhsulundan nümunə götürülərək analiz olunması üçün laboratoriyaya təqdim olunub, keyfiyyət göstəriciləri üzrə müayinələr aparılıb. Nəticələrdə 19 halda uyğunluq, 4 halda isə uyğunsuzluqlar müəyyən edilib. Bununla əlaqədar sahibkarlara icrası məcburi göstərişlər verilib".

Qeyd olunub ki, idxal olunan məhsulların üzərində Azərbaycan dilində zəruri məlumatların olub-olmaması ilə bağlı 301 qida obyektində monitorinq aparılıb. Nəticədə 57 min 524 ədəd müxtəlif növ qida məhsullarının etiketində Azərbaycan dilində zəruri məlumatların qeyd olunmadığı aşkarlanıb. Aşkarlanmış nöqsanların təsərrüfat subyektləri tərəfindən aradan qaldırılması təmin edilib.

Həmçinin 3 ət emalı müəssisəsində aparılmış monitorinq zamanı kolbasa və sosiska məhsullarından 13 halda nümunə götürülərək mövcud resurslar daxilində bəzi göstəricilər üzrə laborator müayinələri aparılıb və nəticələrin müsbət olduğu müəyyən edilib. Buna baxmayaraq, monitorinqlər zamanı bir sıra nöqsanlar aşkar olunub, müəssisə rəhbərlərinə icrası məcburi göstərişlər verilib.скачать dle 10.6фильмы бесплатно


474

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.