• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində növbəti başçəkmə həyata keçirilib - FOTOLAR

4-03-2025, 19:30 | Baxılıb: 473
“Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində növbəti başçəkmə həyata keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr davam etdirilir.

Bu barədə Diaspor.info-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ombudsman və onun İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvlərinin iştirak etdiyi növbəti başçəkmə Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına keçirilib.

Başçəkmə zamanı təqsirləndirilən bir çox şəxs, o cümlədən Ruben Vardanyan, Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit Babayan və digərləri ombudsman tərəfindən fərdi qaydada qəbul edilib. Konfidensial qəbul zamanı həmin şəxslərin müraciətləri dinlənilib, hüquqlarının təmini vəziyyəti yerində öyrənilib.

Milli Preventiv Qrupun ixtisasca həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı fərdi qaydada dinlənilən və tibbi müayinə olunan şəxslər, o cümlədən R.Vardanyan və B.Saakyan saxlandıqları dövrdən onlara humanist münasibət göstərildiyini, hər hansı bir ayrı-seçkiliyə və pis rəftara məruz qalmadıqlarını, normal saxlanma şəraiti və tibbi xidmətlə təmin olunduqlarını, ombudsman və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən dəfələrlə qəbul edildiklərini bildirərək növbəti qəbula görə təşəkkür ediblər.

Başçəkmə çərçivəsində müəssisədə saxlanma şəraiti – şəxsi gigiyena və sanitariya, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb, saxlanılan şəxslərə münasibətdə də heç bir fərq qoyulmadan hüquqlarının, lazımi tibbi-psixoloji xidmətin, hüquqi yardıma və informasiyaya çatım imkanlarının təmin olunduğu müəyyən edilib.

Qəbul edilmiş şəxslərə hüquqları üzrə müraciət mexanizmləri ilə bağlı qanunvericilik aktları, ombudsmanın “916” Çağrı Mərkəzi vasitəsilə müraciət imkanlarına dair məlumatlandırıcı nəşrlər təqdim olunub.скачать dle 10.6фильмы бесплатно


473

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.