• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ali Məhkəmədən qəzalarla bağlı mühüm qərar

6-03-2025, 18:00 | Baxılıb: 420
“Ali Məhkəmədən qəzalarla bağlı mühüm qərar

Azərbaycan Respublikasının Ali Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan şəxsin işinə baxılıb.
Diaspor info xəbər verir ki, ibtidai istintaq orqanı tərəfindən şəxsə Cinayət Məcəlləsinin (CM) 263.2 (Nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham verilib. İttihama görə, o, etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan avtomobil ilə Sumqayıt şəhəri ərazisində yolu sağdan sola keçən piyadanı ehtiyatsızlıqdan vurub, nəticədə zərərçəkmiş aldığı xəsarətlər nəticəsində hadisə yerində keçinib. Sürücü isə yol-nəqliyyat hadisəsi yerindən qaçıb.

Məhkəmə prosesində verilən ittihamlar üzrə şəxs özünü təqsirli bilməyib. Birinci instansiya məhkəməsi işi araşdıraraq, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığı qənaətinə gəlib və ona hər iki maddə üzrə bəraət verib. Apellyasiya instansiya məhkəməsi də hökmü qüvvədə saxlayıb. Bundan sonra dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib. Müraciətdə bəraət qərarının ləğvi istənilib.

Ali Məhkəmənin Cinayət kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxsin və müdafiəçinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlib ki, kassasiya protesti qismən təmin edilməlidir.

Hazırkı vəziyyətdə məhkəmə kollegiyası hesab edib ki, şəxsə CM-in 263.2-ci maddəsi ilə bəraət verməkdə birinci instansiyası məhkəməsi haqlı olub.

Lakin şəxsin əməlində həm CM-in 264-cü maddəsinin, həm də CM-in 143-cü (Təhlükədə qoyma) maddəsinin tərkib əlamətləri olduqda, şəxs xüsusi norma olan CM-in 264-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməli, əgər şəxsə CM-in 263-cü maddəsi ilə bəraət verildikdə və məhz bu səbəbdən həmin şəxsin əməlində CM-in 264-cü maddəsinin tərkib əlamətlərinin olmaması qənaətinə gəlindikdə, bu zaman şəxsin əməlində hazırkı vəziyyət üzrə ümumi norma olan CM-in 143-cü maddəsinin tərkib əlamətlərinin olub-olmaması məsələsi müzakirə edilməlidir.Nəzərə almaq lazımdır ki, CM-in 143-cü maddəsində nəzərdə tutulmuş cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin əməlin törədilməsi nəticəsində təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan zərərçəkmiş şəxsin həyatı və sağlamlığı təhlükə altına alınmış olur. Belə əmələ görə cinayət məsuliyyətinin nəzərdə tutulması müxtəlif səbəblərdən öz təhlükəsizliyini təmin edə bilməyən şəxslərin labüd təhlükədən qorunmasına yönəlmişdir.

CM-in 143-cü maddəsinin sanksiyası CM-in 264-cü maddəsinin sanksiyasından daha yüngül olduğundan, əməlin CM-in 264-cü maddəsindən CM-in 143-cü maddəsinə tövsif olunması irəli sürülmüş ittihamın məzmunu və cəzaya münasibətdə şəxsin vəziyyətinin ağırlaşdırılmasına səbəb olmayacaqdır. Birinci instansiya məhkəməsi kimi, apellyasiya instansiyası məhkəməsi də, hazırki iş üzrə həqiqətin müəyyən edilməsi məqsədilə mühüm əhəmiyyətə malik olan sübutların araşdırılmasından imtina edərək, həm də, araşdırılmış sübutlara CPM-in 143-146-cı maddələrinin tələb etdiyi kimi, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verməyib, şəxsin CM-in 264-cü maddəsi ilə də təqsirsiz olması barədə nəticəyə gələrkən, kifayət etməyən sübutlara əsaslanıblar.

Bu baxımdan Ali Məhkəmənin Cinayət Kollegiyasının qərarı ilə kassasiya protesti qismən təmin edilib, qərar, şəxsə Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə bəraət verilməsi hissəsində ləğv edilib, cinayət işi həmin hissədə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib.скачать dle 10.6фильмы бесплатно


420

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.