• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Portuqaliyada yaşayan Azərbaycan icması ilə görüş keçirilib

14-03-2025, 10:00 | Baxılıb: 766
“Portuqaliyada yaşayan Azərbaycan icması ilə görüş keçirilib

Portuqaliyada yaşayan Azərbaycan icması ilə görüş keçirilib

Portuqaliyanın Lissabon şəhərində həmin ölkədə yaşayan Azərbaycan icması ilə görüş keçirilib.

Görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilməsi ilə başlayıb.

Portuqaliyada yaşayan soydaşlarımızı salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa ölkələri şöbəsinin müdiri Leyla Həmzəyeva və şöbə müdirinin müavini Əli Əliyev komitənin fəaliyyəti haqqında geniş məlumat verib, Portuqaliyada ilk dəfə təşkil olunan bu görüşün əhəmiyyətini vurğulayıb, azərbaycanlıların təşkilatlanması, onların vahid ideya ətrafında birləşməsinin vacibliyinə toxunub.

Görüşdə komitənin fəaliyyəti, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu məktəbləri, həyata keçirilən çoxsaylı layihələr barədə video-çarx nümayiş olunub.

Azərbaycan Müqəddəs Taxt-Tacda və Portuqaliyadakı Səfirliyin müşaviri Mikayıl Ramazanlı Portuqaliyadakı icmamızın fəaliyyətindən bəhs edib, Azərbaycan diasporunun inkişafının iki ölkə arasındakı münasibətlərin qurulmasına müsbət töhfə verdiyini bildirib, ölkəmizin tanıdılması, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında xaricdə yaşayan soydaşlarımızın rolunu vurğulayıb.

İspaniya Azərbaycanlıları Koordinasiya Şurasının Portuqaliya üzrə koordinatoru Milana Seyidzadə AKŞ-nin fəaliyyəti haqqında məlumat verib, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın Azərbaycanla əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyinə diqqət çəkib.

Soydaşlarımız Portuqaliyadakı Azərbaycan icmasının ilk dəfə bir yerə toplaşmasında verdiyi dəstəyə görə komitəyə təşəkkür ediblər. Belə görüşün keçirilməsini, müxtəlif istiqamətlərdə fikir mübadiləsinin aparılmasını yüksək qiymətləndirib, bundan sonra da diaspor siyasətinə öz töhfələrini verəcəklərini dilə gətiriblər.

Görüş geniş fikir mübadiləsinin aparılması, perspektivlərin müzakirəsi, təkliflərin səsləndirilməsi və sualların cavablandırılması ilə yekunlaşıb.

Portuqaliyada yaşayan Azərbaycan icması ilə görüş keçirilib
Portuqaliyada yaşayan Azərbaycan icması ilə görüş keçirilib
Portuqaliyada yaşayan Azərbaycan icması ilə görüş keçirilib
скачать dle 10.6фильмы бесплатно


766

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.