• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

NK: Ermənistana hərbi yardımın əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına nail olunub

14-03-2025, 12:30 | Baxılıb: 701
“NK: Ermənistana hərbi yardımın əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına nail olunub

Ermənistana ölümcül silah və texnikanın verilməsinin qarşısı indiki mərhələdə alınıb.
Diaspor info xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.

Bildirilib ki, Fransanın birbaşa təhriki ilə 2024-cü ildə Avropa İttifaqı tərəfindən regiona münasibətdə birtərəfli və bölücü xətlərin formalaşmasına hesablanmış fəaliyyətin həyata keçirilməsi səbəbindən qarşılıqlı münasibətlər gərginliklə xarakterizə olunub.

“Hesabat ili ərzində Aİ tərəfindən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının neytrallaşdırılması istiqamətinda müvafiq işlər görülüb. Aİ-nin Avropa Sülh Mexanizmi (EPF) çərçivəsində Ermənistana yardım göstərməsinin qarşısını almaq məqsədilə zəruri tədbirlər həyata keçirilib, Ermənistanın Aİ xətti ilə hərbiləşdirilməsinin regional sülh və sabitlik üçün fəsadları, Ermənistan-Azərbaycan normallaşma prosesinə mənfi təsiri barəsində tərəfdaşların məlumatlandırılması istiqamətində fəaliyyət davam etdirilib”, - məlumatda qeyd edilib.

Qeyd edilib ki, atılmış addımlar nəticəsində Ermənistana yardımın məzmun və həcminin əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına nail olunub:

“Nəticədə, Ermənistana ölümcül silah və texnikanın verilməsinin qarşısı indiki mərhələdə alınıb, bundan əlavə EPF xətti ilə Ermənistana yardım edilməsinə paralel olaraq Azərbaycan tərəfinə humanitar mina təmizləmə fəaliyyəti üçün 10 min avro həcmində vəsaitin verilməsi üzrə anlayış əldə edilib”.скачать dle 10.6фильмы бесплатно


701

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.