• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycanlı pianoçunun Londonda daha bir solo konserti keçirilib

18-03-2025, 17:30 | Baxılıb: 769
“Azərbaycanlı pianoçunun Londonda daha bir solo konserti keçirilib

Azərbaycanlı pianoçunun Londonda daha bir solo konserti keçirilib
Londonda yerləşən London Nəqliyyat Muzeyində (London Transport Museum) Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Vüsalə Babayeva klassik-caz əsərlərdən ibarət solo konsert proqramı ilə çıxış edib.
Müxtəlif ölkələrdən olan bəstəkarların əsərlərinin ifa edildiyi konsertə böyük maraq göstərilib. Proqramda klassik musiqi ənənələri ilə caz elementlərini özündə birləşdirən əsərlər səsləndirilib. İfaçının repertuarında Corc Gerşvinin məşhur “Rhapsody in Blue”, “The Man I Love”, “I Got Rhythm”, Fazıl Sayın “Jazz Fantasy on Mozart”, Nikolay Kapustinin “Etüd No.1”, eləcə də Azərbaycan bəstəkarları Qara Qarayevin “Eskiz” və Sevda Məmmədlinin “Azərbaycan naxışları” kimi əsərlər yer alıb. Soydaşımızın ifaları sonda sürəkli alqışlanıb.
Diaspor Gənclərinin V Yay Düşərgəsinin iştirakçısı olan Vüsalə Babayeva “Transported by Culture” layihəsi çərçivəsində London Nəqliyyat Muzeyinin artisti seçilib. Konsert də bu layihə çərçivəsində baş tutub. Soydaşımız bir müddət öncə Kral Musiqi Kollecinin magistratura pilləsini bitirib. Hazırda Guildhall Musiqi və Dram Məktəbində “Artist Diploma” təhsili alır. Bununla yanaşı, pianoçu Londonun müxtəlif nüfuzlu zallarında solo konsert proqramları ilə də çıxış edir.

Azərbaycanlı pianoçunun Londonda daha bir solo konserti keçirilib
Azərbaycanlı pianoçunun Londonda daha bir solo konserti keçirilib
Azərbaycanlı pianoçunun Londonda daha bir solo konserti keçirilib
Azərbaycanlı pianoçunun Londonda daha bir solo konserti keçirilib
скачать dle 10.6фильмы бесплатно

769

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.