• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan icması Niderland parlamentinin üzvləri ilə görüşüb

30-03-2025, 15:00 | Baxılıb: 508
“Azərbaycan icması Niderland parlamentinin üzvləri ilə görüşüb

Azərbaycan icması Niderland parlamentinin üzvləri ilə görüşüb
“Ana Vətən” Avropa Azərbaycanlı Qadınları Birliyinin təşəbbüsü ilə Niderland parlamentində təşkil edilən görüşdə Xocalı soyqırımı ilə bağlı bəyanat təqdim olunub.
Görüş “Ana Vətən” Avropa Azərbaycanlıları Qadınları Birliyinin rəhbəri Mayisə Ağamirzəyevanın, Cəfər Gündoğdunun, Xocalıdan olan Ayxan Sadıxovun, Henri van Rensin, Gülnarə Əliyevanın, niderlandlı parlamentarilər Stephan van Baarlenin, Jesse Klaverin, Martin Oostenbrinkin, İsa Kahramanın və Erik van der Burqun iştirakı ilə baş tutub.
Əvvəlcə soydaşlarımızın Xocalı soyqırımı barədə çıxışları dinlənilib.
Azərbaycan icması Niderland parlamentinin üzvləri ilə görüşüb
Azərbaycan icması Niderland parlamentinin üzvləri ilə görüşüb
Əslən Xocalıdan olan Ayxan Sadıqov çıxışında soyqırımı qurbanlarından, o cümlədən əsir və itkin düşmüş, hələ də taleyi naməlum olan xocalılılardan bəhs edib. Xocalıdakı minaların və erməni tərəfinin xəritələri verməməsinin əsir düşmüş soydaşlarımızın taleyinin araşdırılmasına çətinlik törətdiyinə diqqət çəkib. Həmçinin parlamentdə 1987-ci ildən bəri Qarabağda törədilən cinayətlərə görə Azərbaycanda mühakimə edilən separatçıların azadlığa buraxılması üçün ölkəmizə yönələn təzyiqlərin əsassız olduğu da vurğulayıb. Azərbaycanın regionda sülh və əmin-amanlığın bərpası istəyi deputatların diqqətinə çatdırılıb.
Mayisə Ağamirzəyeva Xocalıdan olan Dürdanə Ağayevanın erməni əsirliyində məruz qaldığı işgəncələrdən söz açıb. Dürdanə Ağayevanın Niderlandda dərc olunan “For You” jurnalındakı müsahibəsini və həyatı haqqında kitabı parlament üzvlərinə təqdim edib.
Bundan əlavə, görüş zamanı Səriyyə Müslümqızının müəllifi olduğu “Onlar heç zaman böyüməyəcək” (Ze werden nooit volwassen) və “Xocalıdan gələn var” (Geesten van Khojalı) adlı kitablar da parlamentarilərə təqdim edilib. Kitabın tərcüməçisi Henri van Rens Xocalı Soyqırımının bir çox ölkələr, o cümlədən Niderland Krallığı tərəfindən hələ də tanınmaması məsələsindən narahatlığını ifadə edib. Azərbaycanın əleyhinə qərəzli mövqedən təəssüfləndiyini bildirib.
Niderlandlı deputatlar eşitdiklərindən dərindən təsirləndiklərini söyləyiblər və bu məsələnin daha geniş şəkildə müzakirə edilməsinin vacibliyini vurğulayıblar.
Görüşün sonunda, Haaqada yerləşən Xocalı Soyqırımı abidəsi ziyarət edilib, şəhidlərin xatirəsi ehtiramla anılıb.скачать dle 10.6фильмы бесплатно


508

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.