• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Kanada mətbuatı Avropa Parlamentini Azərbaycana qarşı ikili standartlara görə qınadı

2-04-2025, 16:00 | Baxılıb: 542
“Kanada mətbuatı Avropa Parlamentini Azərbaycana qarşı ikili standartlara görə qınadı

Kanada mətbuatı Avropa Parlamentini Azərbaycana qarşı ikili standartlara görə qınadı
Avropa Parlamenti Azərbaycanın daxili hüquqi məsələlərinə qarışmağa cəhd etməzdən əvvəl öz köklü korrupsiya problemlərinin həllinə və ona münasibətdə zədələnmiş ictimai etimadın bərpasına diqqət yetirməlidir. Avropa Parlamentinin üzvləri eqoist siyasi oyunlar və ya maliyyə maraqlarını deyil, əsl həqiqət, ədalət və sülh arzusunu rəhbər tutmalıdırlar.
Bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış jurnalist, siyasi şərhçi Reyçel Avraham Kanadanın populyar “THEJ.CA” nəşrində dərc olunmuş məqaləsində yazıb. “Azərbaycanın ədalət hüququ: Avropa Parlamentinin erməni məhbuslarla bağlı ikili standartları” başlıqlı məqalədə Azərbaycanın erməni məhbuslarını törətdikləri hərbi cinayətlərə görə mühakimə etdiyi bir vaxtda Avropa Parlamenti özünün korrupsiya qalmaqallarına və qərəzli müdaxilələrinə məhəl qoymadığı qeyd olunub. Əksinə, adıçəkilən qurumun Azərbaycanın İkinci Qarabağ müharibəsi zamanı əsir düşmüş Ermənistan vətəndaşlarının həbsdə saxlanması ilə bağlı absurd müzakirələrə rəvac verdiyi yazılıb. Belə ki Avropa Parlamentindəki erməni lobbisi əndazəsiz şəkildə təhrif olunmuş versiyanı irəli sürərək bu məhbusları günahsız qurbanlar kimi qələmə verir. Halbuki bu şəxslər Azərbaycanda işgəncə, muzdlu fəaliyyət, hərbi cinayətlər, terrorizm əməlləri və terrorizmin maliyyələşdirilməsi – Azərbaycan cinayət məcəlləsinin əhatə etdiyi cinayətlər də daxil olmaqla ağır cinayət ittihamları ilə təqsirləndirilirlər.
Müəllif Avropa Parlamentinin bu yaxınlarda qəbul etdiyi "Erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri" başlıqlı qətnaməni ölkəmizin Qərb ictimaiyyətində reputasiyasını zədələmək niyyəti daşıyan kampaniyanın tərkib hissəsi saymaqla əsassız, qeyri-obyektiv və qərəzli sənəd kimi səciyyələndirib. Keçmiş təcrübəyə istinad edərək Avropa Parlamentinin Azərbaycana qarşı düşmən mövqeyindən təəccüblənmədiyini vurğulayan politoloq sözügedən addımı erməni maraqlarının Avropa təsisatları hesabına təmin edilməsinin növbəti nümunəsi kimi dəyərləndirib. O, oxşar tendensiyaların Avropa Şurası Parlament Assambleyası və Avropa İnsan Haqları Məhkəməsi də daxil olmaqla digər Avropa təsisatlarında da müşahidə olunduğuna diqqət çəkib.
Eyni zamanda diqqətə çatdırılıb ki, davam edən bu qərəzlilik Azərbaycanın mübarizə aparmalı olduğu ikili standartlardan yalnız biridir. Halbuki Azərbaycan hökuməti həm milli, həm də beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərdiyini dəfələrlə vurğulayıb. Yazıda bildirilib ki, ağır cinayətlərdə təqsirləndirilən şəxslərin Bakıda davam edən məhkəmə prosesi ölkəmizin daxili hüquqi məsələsidir və burada hər hansı kənar müdaxilə əsassız olmaqla qəbuledilməzdir.
İsrailin də vaxtaşırı Avropa Parlamentinin ədalətsiz davranışına tuş gəldiyinə diqqət çəkilən məqalədə qeyd olunub ki, Avropa Parlamentinin bəzi üzvlərinin Azərbaycana qarşı mənfur davranışları gələcək nəsillər qarşısında bu qurumun nüfuzuna kölgə salır. Hüquqa dayanan ədalətli yanaşma budur ki, Azərbaycan onun ərazisində cinayət törətmiş şəxsləri mühakimə etmək kimi suveren hüquqa sahibdir və Avropa xalqları Cənubi Qafqazda baş verənlərlə bağlı həqiqəti bilməyə layiqdirlər.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://thej.ca/2025/03/20/azerbaijans-right-to-justice-european-parliaments-double-standards-on-armenian-detainees/ скачать dle 10.6фильмы бесплатно


542

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.