• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Gürcüstanın Prezidenti və Baş naziri Novruz şənliyində iştirak edib

4-04-2025, 17:41 | Baxılıb: 562
“Gürcüstanın Prezidenti və Baş naziri Novruz şənliyində iştirak edib

Gürcüstanın Prezidenti və Baş naziri Novruz şənliyində iştirak edib
Marneuli meriyası Novruz bayramı münasibətilə tədbir təşkil edib. Tədbirə Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili, Baş naziri İrakli Kobaxidze, Parlament sədri Şalva Papuaşvili və digər rəsmi şəxslər qatılıb. Bayram tədbirində Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi də iştirak edib. Mərkəzin “Robotexnika” klubunun üzvlərinin 3D printerlə hazırladığı və üzərində Marneulinin gerbi əks olunan plaketlər Gürcüstan Prezidentinə və Baş nazirinə hədiyyə verilib. Parlament sədrinə isə rəsm klubunun üzvlərinin əsəri təqdim olunub. Rəsmilər daha sonra Azərbaycan guşəsində GAİM-in üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıblar.
Marneulidə digər bir bayram tədbiri Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində baş tutub. Tədbirdə gürcü və ingilis dili qrupunun şagirdləri hər iki dildə çıxış ediblər. Gimnastika dərnəyinin şagirdlərinin ifasında rəqs nömrəsi nümayiş olunub. Bayramın əsas personajlarından Bahar qızı, Kosa və Keçəlin iştirakı şənliyə rəng qatıb. Onlar yumurta döyüşdürüb, uşaqları əyləndiriblər. Ardınca şeirlər və mahnılar səsləndirilib. Sonda GAİM-in icraçı direktoru Murad Muradov bayram münasibətilə tədbir iştirakçılarını təbrik edərək onlara firavanlıq və xoşbəxtlik arzulayıb.
Novruz bayramı Laqodexi rayonun Qabal kəndində də qeyd olunub. Qabal İnkişaf Mərkəzinin təşkilatçılığı ilə müxtəlif idman yarışları və el şənliyi keçirilib. Səhər saatlarında at yarışları ilə başlayan tədbir konsert proqramı ilə başa çatıb. Gürcüstanın müxtəlif bölgələrindən gələn idmançılar güləş, marafon yürüşü, kikboks, futbol və voleybol yarışlarında güclərini sınayıblar. Qaliblərə kubok, diplom və pul mükafatları təqdim olunub. Mərkəzin rəhbəri Yavər Məmmədov tədbirin təşkilində zəhmət çəkənlərə və verdiyi dəstəyə görə Lagodexi bələdiyyəsinə minnətdarlığını bildirib. Tədbir daha sonra Novruz adətlərinin icrası, vətənə aid şeirlərin söylənməsi, mahnı və rəqslərin ifası ilə davam edib.
скачать dle 10.6фильмы бесплатно


562

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.