• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

11.04.2025 Mətbuat Şurasında jurnalist İlqar Əlfioğlunun 70 illik yubileyi ilə bağlı toplantı keçirilib

11-04-2025, 20:30 | Baxılıb: 495
“11.04.2025   Mətbuat Şurasında jurnalist İlqar Əlfioğlunun 70 illik yubileyi ilə bağlı toplantı keçirilib

11.04.2025 Mətbuat Şurasında jurnalist İlqar Əlfioğlunun 70 illik yubileyi ilə bağlı toplantı keçirilib Azərbaycan Mətbuat Şurasında jurnalist İlqar Əlfioğlunun 70 illik yubileyi ilə bağlı toplantı keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, hazırda APA agentliyinin jurnalist məktəbində telejurnalistika kursunun təlimçisi kimi fəaliyyət göstərən İ.Əlfioğlu adını ölkəmizin müasir media tarixinə yazdırmağı bacarıb. Bu bacarıq özündə geniş yaradıcılıq diapazonunu birləşdirməklə nümunəvi xarakter daşıyır. R.Məcid bildirib ki, İ.Əlfioğlu 1978-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirdikdən sonra təyinatını Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə alaraq, burada kiçik redaktor və redaktor kimi fəaliyyət göstərib. 1986-cı ildə televiziyanın Teletamaşa şöbəsinə rəhbər təyin edilib, “Ordan-burdan”, “Sən həmişə mənimləsən”, “Yaşıl əjdəha” və digər məşhur teletamaşaların redaktoru olub. Yubilyarın müəllifi və aparıcısı olduğu “Dalğa” proqramı (1987-1991-ci illərdə), eyni zamanda “Aktual ekran” verilişi həm cəmiyyətdə populyarlıq qazanıb, həm də Azərbaycanda ilk müəllif verilişlərindən biri kimi televiziya tariximizə düşüb. R.Məcid Azərbaycan dilinin incəliklərinə bələd olan, özünəməxsus üslubu ilə seçilən İ.Əlfioğlunun yaradıcılığında telejurnalistika ilə yanaşı, mətbu fəaliyyətin də xüsusi yer tutduğunu bildirib. Şura sədri jurnalistin 1000-ə yaxın siyasi-publisistik yazısının işıq üzü gördüyünü deyib.
[center]11.04.2025   Mətbuat Şurasında jurnalist İlqar Əlfioğlunun 70 illik yubileyi ilə bağlı toplantı keçirilib
Yubilyar “Rakurs” qəzetlər qrupunu təsis edib, Azərbaycanda çoxtirajlı “Avrotitet” qəzetinin baş redaktoru olub. MŞ sədri, həmçinin, İ.Əlfioğlunun 2001-ci ildə ABA televiziya şirkətində siyasi-publisistik proqramlara, o cümlədən, “Alo, eşidirik” adlı ilk interaktiv tok-şousuna aparıcılıq etdiyini, sonra “Qafqaz” Media Evində türkdilli ölkələr üçün telejurnalist kadrları hazırlayan Tədris Mərkəzinin direktoru işlədiyini, CNN-türk telekanalında təlim görən jurnalistlərə rəhbərlik etdiyini vurğulayıb. MŞ sədri onu da bildirib ki, 2004-cü ildən Azəri Press Agentliyi ilə əməkdaşlığa başlamış İ.Əlfioğlu APA TV-nin formalaşmasına töhfə verib, kanalın Yaradıcılıq Şurasının sədri olub, ardınca Nazirlər Kabineti yanında Azərbaycan Dövlət Tərcümə Mərkəzində çalışıb. Yubilyar qələm sahibinin iki romanı, povest və hekayələr toplusu çapdan çıxıb. Dünya ədəbiyyatından yüzə yaxın müəllifin əsərlərini dilimizə çevirib, tərcümələri 150 cildlik “Dünya ədəbiyyatı inciləri” silsiləsində, bir neçə kitabı isə İranda fars əlifbası ilə Azərbaycan dilində nəşr olunub. R.Məcid İ.Əlfioğlunun fəaliyyətini, peşəyə yanaşmasındakı yenilikçilik ruhunu jurnalistikanın inkişafına xidmət nümunəsi kimi dəyərləndirib, ona Mətbuat Şurasının diplomunu təqdim edib. Toplantıda çıxış edən MŞ İdarə Heyətinin üzvü, APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı bildirib ki, İlqar Əlifoğlu Azərbaycan jurnalistikası, bütövlükdə media cameəsi üçün sərvətdir, fəaliyyəti örnək səciyyə daşıyan məktəbdir. Bu məktəbdə peşəyə rəğbət, ən mürəkkəb vəziyyətlərdə belə həyat yoluna sadiqlik, təlatümlərdən çıxaraq şəxsiyyətini qoruma əzmi, vicdanlı yanaşma, diqqət, qayğı və həssaslıq var. V.Mahirqızı İ.Əlfioğlunun hazırda bilik və bacarığını, zəngin təcrübəsini APA-nın jurnalist məktəbində tədris etdiyini vurğulayaraq, onun daim əməksevərliyi ilə seçildiyini bildirib, vaxtilə yubilyarla birgə çalışdığı illərin xatirələrini bölüşüb. MŞ İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunu rəhbəri Umud Rəhimoğlu İ.Əlfioğlununun parlaq istedadının, zəka və bacarığının yaradıcılıq məhsulu olan “Dalğa” proqramının Azərbaycanın televiziya tarixində müstəsna missiya daşıdığını, dövrün bütün klişelərini aşaraq əsl yaradıcılıq üsyanı kimi populyarlaşdığını deyib. U.Rəhimoğlu diqqəti yubilyarın keçdiyi yolun gənc nəsil tərəfindən öyrənilməsinin vacibliyinə yönəldib. Toplantıda çıxış edənlərdən MŞ-nin Nəzarət-Təftiş Komissiyasının sədri Rey Kərimoğlu, Şuranın Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı, “APA Media Group”un baş redaktoru Nurşən Quliyev, TNS İnformasiya Agentliyinin baş redaktoru Gülşən Hacıyeva, naşir, şair və publisist Elman Eldaroğlu və başqaları İ.Əlfioğlunu jurnalistikanın ölkəmizin yaradıcılıq mühitinə qazandırdığı çoxşaxəli fəaliyyət dəst-xəttinə malik obraz, istedad sahibi kimi xarakterizə edib, yubilyarla bağlı xatirələrini bölüşüb, təbriklərini çatdırıblar. Sonda çıxış edən İ.Əlfioğlu fəaliyyətinə verilən yüksək dəyərə və xoş sözlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.скачать dle 10.6фильмы бесплатно


495

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.