• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“İri planda Qulu Məhərrəmli” kitabının təqdimatı keçirilib

14-04-2025, 20:00 | Baxılıb: 434
““İri planda Qulu Məhərrəmli” kitabının təqdimatı keçirilib



“İri planda Qulu Məhərrəmli” kitabının təqdimatı keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasında əməkdar mədəniyyət işçisi, şair, yazıçı və publisist Vaqif Bəhmənlinin Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin kafedra müdiri, professor Qulu Məhərrəmlinin 70 illik yubileyi ilə bağlı qələmə aldığı “İri planda Qulu Məhərrəmli” kitabının təqdimatı keçirilib.

Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, təqdimatı keçirilən nəşr bir neçə cəhəddən diqqət çəkməkdədir. Birincisi, kitab tarixi ekskurs əhəmiyyəti daşıyır. Orada göstərilən faktlar, bölüşülən xatirələr bütöv bir mərhələnin yaşantısıdır. İkincisi, nəşrdə Qulu Məhərrəmlinin yaradıcılığının ən müxtəlif tərəfləri əksini tapır ki, bu da ölkəmizin media, konkret olaraq, telejurnalistika sənətinin xüsusiyyətlərinin özünəməxsus təsviridir. Üçüncüsü, kitab Q.Məhərrəmlinin fəaliyyətinin çoxşaxəli diapazonuna, jurnalistin istedadına dövrümüzün görkəmli simalarının verdikləri qiymətin mükəmməl təsvirini özündə birləşdirir. Bu təsvirdə böyük qədirbilənlik və ölkə jurnalistikasına dəyər var. Nəhayət, təqdimatı keçirilən nəşr doğmalıq hissinin bədii-estetik ifadəsi baxımından bənzərsizdir.
“İri planda Qulu Məhərrəmli” kitabının təqdimatı keçirilib
R.Məcid çıxışında, həmçinin, Q.Məhərrəmlinin jurnalist yaradıcılığının onu milyonlarla tamaşaçı auditoriyası üçün doğmalaşdırdığını da deyib. Şura sədri tanınmış qələm adamının 70 illik yubileyinə ən böyük hədiyyənin dövlətimizin başçısının müvafiq sərəncamı ilə “Prezidentin fərdi təqaüdü”nə layiq görülməsi olduğunu diqqətə çatdırıb və əlavə edib ki, “İri planda Qulu Məhərrəmli” kitabının çapdan çıxması da yubileyə xüsusi rəng qatan hadisədir.

V.Bəhmənli çıxışında müəllifi olduğu kitabı 52 illik xatirənin məhsulu adlandırıb. O bildirib ki, nəşrdə Q.Məhərrəmli barəsindəki fikirlər, əslində, onu tanıyan hər kəsin gəldiyi qənaətin ümumiləşdirilmiş formasıdır. Qənaət isə həmişə yüksək olub və özündə tanınmış telejurnalistin sənət dünyasının məxsusiliyini əks etdirib. V.Bəhmənli Q.Məhərrəmlinin publisist kimi də kamillik zirvəsi olduğunu vurğulayıb və deyib ki, yubilyar telejurnalistikaya çoxsaylı yeniliklər gətirib, Azərbaycan dilinin saflığının qorunmasına müstəsna töhfələr verib.

Toplantıda çıxış edənlərdən veteran jurnalist Ülkər Hüseynova, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, nəşrin baş redaktor müavini Qüdrət Piriyev, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, yazıçı-publisist Seyran Səxavət, əməkdar jurnalist Ələsgər Ağalarov, əməkdar jurnalist Eyruz Məmmədov, “Bizimyol.info” saytının baş redaktoru Bahəddin Həzi, şair-publisistlər Adil Cəmil və Zülfüqar Şansevənli, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, qəzetin əməkdaşı Namiq Qədimov, əməkdar jurnalist Faiq Sadıqov, əməkdar jurnalist Zemfira Məhərrəmli, jurnalist-publisist Rəhilə Gülgün və başqaları “İri planda Qulu Məhərrəmli” kitabının Q.Məhərrəmlinin 70 illik yubileyinə, jurnalist əməyinə, publisistikasına və pedaqoji fəaliyyətinə yüksək dəyərin nümunəsi olduğunu əsaslandırıblar. Çıxış edənlər, həmçinin, yubilyarı nəinki Azərbaycan jurnalistikasında, eyni zamanda, ictimai fikrində özünəməxsus yerə və rola malik parlaq zəka sahibi, daim mütərəqqi düşüncələri ilə seçilən ziyalı kimi xarakterizə edən cəhətlərdən söz açıb, onunla bağlı xatirələrini bölüşüblər.

Sonda çıxış edən Q.Məhərrəmli təqdimatı keçirilən kitabın müəllifi V.Bəhmənliyə və toplantı iştirakçılarına təşəkkürünü bildirib, əməyinə verilən yüksək dəyərdən məmnunluğunu ifadə edib.скачать dle 10.6фильмы бесплатно


434

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.