• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“Polis orqanlarında saxlanılan şəxslərin əsas təminatları – beynəlxalq standartlar” mövzusunda təlim keçirilib

15-04-2025, 18:30 | Baxılıb: 559
““Polis orqanlarında saxlanılan şəxslərin əsas təminatları – beynəlxalq standartlar” mövzusunda təlim keçirilib

“Polis orqanlarında saxlanılan şəxslərin əsas təminatları – beynəlxalq standartlar” mövzusunda təlim keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşkilatçılığı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasında ölkəmizdə elan edilmiş “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Polis orqanlarında saxlanılan şəxslərin əsas təminatları – beynəlxalq standartlar” mövzusunda təlim təşkil olunub.
Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva açılış nitqi ilə çıxış edib və təlimin işinə uğurlar arzulayıblar.
Müvəkkil çıxışı zamanı Ombudsman Aparatı ilə Daxili İşlər Nazirliyi arasında səmərəli əməkdaşlıq münasibətlərinin mövcud olduğunu, insan hüquqlarının müdafiəsi istiqamətində hər iki qurumun qarşılıqlı əməkdaşlıq və vətəndaş məmnunluğunun təmin olunması prinsipləri əsasında fəaliyyət göstərdiyini bildirib.
“Polis orqanlarında saxlanılan şəxslərin əsas təminatları – beynəlxalq standartlar” mövzusunda təlim keçirilib
Ombudsman Milli Preventiv Mexanizm mandatı çərçivəsində saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, o cümlədən Daxili İşlər Nazirliyinin müəssisələrinə başçəkmələrin keçirildiyini qeyd edib.
Müvəkkil beynəlxalq standartlar barədə məlumatlılığın artırılmasının əhəmiyyətini vurğulayıb, o cümlədən Daxili Işlər Nazirliyinin əməkdaşları arasında maarifləndirmə işinin artırılmasının davam etdirilməsini önə çəkib.
Saxlanılan şəxslərin hüquq və azadlıqlarının qorunması, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi sahəsində həyata keçirilən maarifləndirmə işinin vacibliyini vurğulayan Ombudsman təşkil edilən təlimin müvafiq mövzu üzrə hüquq mədəniyyətinin artırılması baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Sonra tədbirdə Ombudsman Aparatının nümayəndələri Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində həyata keçirilən başçəkmələr, beynəlxalq standartlar və mexanizmlər, hüquqi yardım, polis nəzarətində saxlanılan şəxslərin əsas hüquqları və digər aidiyyəti sahələr üzrə görülən işlər barədə geniş məlumat verib, təqdimatlar ediblər.
Yekunda mövzu üzrə ətraflı fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.скачать dle 10.6фильмы бесплатно


559

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.