• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə - “İctimai sağlamlığın təmini immunizasiya ilə başlayır”

25-04-2025, 14:30 | Baxılıb: 561
“Tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə - “İctimai sağlamlığın təmini immunizasiya ilə başlayır”

Tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə - “İctimai sağlamlığın təmini immunizasiya ilə başlayır”

“İmmunlaşdırma yalnız fərdi sağlamlıq deyil, həm də ictimai sağlamlığın təməlidir. Peyvəndlər sayəsində biz uşaqlarımızı bir sıra ağır və həyat üçün təhlükəli olan xəstəliklərdən – difteriya, qızılca, göyöskürək, poliomielit və digər yoluxucu infeksiyalardan qoruya bilirik. Statistik göstəricilər təsdiqləyir ki, vaxtında aparılan peyvəndlər hər il 2-3 milyon insanın həyatını xilas edir.
Bu fikirləri Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə bildirib.
Pediatr qeyd edib ki, peyvəndləmə həm də “kollektiv immunitet” anlayışını formalaşdırır. Bu, o deməkdir ki, əhalinin böyük əksəriyyəti peyvənd olunduqda, peyvənd oluna bilməyən – immun çatışmazlığı olan, onkoloji xəstəliyi olan və ya allergiyaya görə peyvənd ala bilməyən insanlar da dolayısı ilə qorunur. Bu baxımdan hər valideynin sosial məsuliyyət daşıdığını unutmaması vacibdir.
“Bu gün Azərbaycan Respublikası peyvənd təqvimi üzrə geniş spektrdə vaksinasiya aparır. Hepatit B, vərəm, poliomielit, difteriya, tetanus, göyöskürək, Hib infeksiyası, qızılca, məxmərək, parotit və s. əleyhinə peyvəndlər ölkəmizdə dövlət hesabına və yüksək təhlükəsizlik standartlarına uyğun olaraq tətbiq olunur”, - deyə tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə bildirib.
Xüsusilə vurğulamaq istəyirəm ki, peyvəndlərdə istifadə olunan antigenlər və əlavələr bir çox beynəlxalq yoxlamalardan keçir və onların təhlükəsizliyi, effektivliyi sübut olunub. Peyvəndlər haqqında yayılan miflər və dezinformasiyalar elmi əsaslara deyil, qorxu və fərziyyələrə söykənir. Buna görə valideynlərə tövsiyəmiz odur ki, yalnız rəsmi mənbələrə və mütəxəssis fikirlərinə əsaslansınlar.
“Hər il olduğu kimi 2025-ci ildə də “Ümumdünya İmmunlaşdırma Həftəsi” zamanı Beynəlxalq Pediatriya Assosiasiyası (IPA) peyvəndlərin həyat xilasedici gücünü vurğulamaqla qlobal sağlamlıq ictimaiyyətinə qoşulur. Eyni zamanda, Azərbaycan Pediatrlar Assosiasiyası da immunizasiyanın cəmiyyətin sağlamlığına təsirini vurğulamaq və peyvəndlərin əhəmiyyətini geniş auditoriyaya çatdırmaq məqsədilə 30 idir üzvü olduğu IPA-nın təşəbbüsünə qoşulur. ÜST və tərəfdaşlar immunizasiya proqramlarının gücləndirilməsi, peyvənd bərabərsizliyinin aradan qaldırılması və peyvəndlərə inamın bərpa olunmasının təcili ehtiyacını vurğulamaqda davam edir. Unutmayaq ki, ictimai sağlamlığın təmini immunizasiya ilə başlayır”, - deyə APA sədri qeyd edib.
Təranə Tağı-zadə əlavə edib ki, “İmmunlaşdırma Həftəsi” bir fürsətdir ki, biz bu sahədə maariflənməni artıraq və hər bir uşağın, elcə də hər yaşdan insanların sağlam gələcəyi üçün bir addım da ataq. Valideynləri peyvənd tarixçəsinə yenidən baxmağa, övladlarının peyvənd təqvimində gecikmələr varsa, yerli kilnikalara və ya sahə pediatrına müraciət etməyə çağıraq. Çünki xəstəliklərə qarşı ən güclü silah vaxtında edilən peyvəndlərdir.”скачать dle 10.6фильмы бесплатно


561

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.