• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Diaspor Gənclərinin VI Yay Düşərgəsi Xankəndidə keçiriləcək

29-04-2025, 10:00 | Baxılıb: 353
“Diaspor Gənclərinin VI Yay Düşərgəsi Xankəndidə keçiriləcək

Diaspor Gənclərinin VI Yay Düşərgəsi Xankəndidə keçiriləcək
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə ənənəvi olaraq Diaspor Gənclərinin Vl Yay Düşərgəsi təşkil ediləcək. “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq builki düşərgənin şüarı “Konstitusiya və Suverenlik ili”dir. Düşərgə 3–9 avqust 2025-ci il tarixində ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin bərpasının rəmzi olan Xankəndi şəhərində keçiriləcək.
Dünyanın müxtəlif ölkələrində yaşayan 100-dən çox azərbaycanlı gəncin, o cümlədən ölkəmizə dost münasibət bəsləyən xalqların nümayəndələrinin düşərgədə iştirakı nəzərdə tutulur.
2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsində iştirak edən gənclər Xankəndinin, eləcə də Qarabağın tarixi, mədəni abidələri ilə tanış olmaq, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşmək, eləcə də əylənmək və intellektual oyunlarda iştirak etmək imkanı qazanacaqlar.
Yay düşərgələri xaricdə yaşayan azərbaycanlı gənclərin Vətənlə əlaqələrinin gücləndirilməsi, Azərbaycanın beynəlxalq aləmdə təmsil olunması sahəsində bacarıqlarının artırılması, şəbəkələşmələri, qarşılıqlı əlaqə və yeni dostluqların qurulması baxımından gözəl fürsətdir.
Düşərgəyə Azərbaycan dilində ünsiyyət bacarığı olan 18-29 yaş arası gənclər qeydiyyatdan keçə bilərlər. Daha əvvəlki düşərgələrdə iştirak etmiş gənclərin təkrar iştirakı nəzərdə tutulmur. Gənclərin düşərgədə iştirak xərcləri qarşılanacaq.
İştirak üçün 31 may 2025-ci il tarixinə qədər www.diaspor.gov.az/qeydiyyat səhifəsində yerləşdirilmiş onlayn anket forması tam olaraq doldurulub göndərilməlidir. Seçim prosesi iki mərhələdə – müraciətlərin qəbulu və videomüsahibələr formasında keçiriləcək.
Qeydiyyat, proqram, iştirakçıların seçim prosesi və digər vacib məlumatları əldə etmək üçün www.diaspor.gov.az saytını diqqətdə saxlamaq vacibdir.
Əlavə məlumat üçün:
E-mail: [email protected]
Tel.: +994 12 493 10 54
WhatsApp: +994 51 867 36 02
Məlumat üçün bildirək ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə bu günə kimi Diaspor gənclərinin Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində beş yay düşərgəsi təşkil olunub. Dünyanın 60-dan artıq ölkəsindən gənclər həmin düşərgələrdə iştirak edib.
скачать dle 10.6фильмы бесплатно


353

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib
Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb
DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb
Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur
Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib
Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.