• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Bəstəkar Xədicə Zeynalova beynəlxalq layihədə iştirak edib

29-04-2025, 18:00 | Baxılıb: 389
“Bəstəkar Xədicə Zeynalova beynəlxalq layihədə iştirak edib

Bəstəkar Xədicə Zeynalova beynəlxalq layihədə iştirak edib
Almaniyada fəaliyyət göstərən azərbaycanlı bəstəkar, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Zeynalova “Piano tədrisində qadın bəstəkarlar” (Komponistinnen im klavierunterricht) adlı beynəlxalq bəstəkarlıq layihəsində ölkəmizi uğurla təmsil edib.
Tanınmış kubalı pianoçu Yami Cruz Montero və alman musiqişünası Dr. Ulrike Keilin rəhbərliyi ilə həyata keçirilən layihədə 22 ölkəni – Azərbaycan, Argentina, Avstriya, Almaniya, Braziliya, Kuba, Ekvador, İngiltərə, Fransa, İtaliya, Yaponiya, Meksika, Norveç, Polşa, Rusiya, İspaniya, İsveçrə, ABŞ, Çexiya, Xorvatiya, Uruqvay və Venesuelanı təmsil edən 53 qadın bəstəkar bir araya gəlib.
Soydaşımız solo fortepiano üçün yazdığı 6 saylı prelyudiya ilə layihədə iştirak edən yeganə azərbaycanlı bəstəkar olub.
Layihə çərçivəsində tanınmış pianoçuların ifa etdikləri əsərlər Almaniyanın məşhur ictimai radio kanalı olan “Bayerischer Rundfunk”un səsyazma studiyasında lentə alınıb. Həmin əsərlər əsasında hazırlanmış antologiya kitabları və kompakt diskləri (CD) 2025-ci ildə məşhur “Naxos Records” musiqi şirkəti və “Universal Edition” musiqi nəşriyyatı tərəfindən yayımlanıb.
Qeyd edək ki, Xədicə Zeynalova Bakı Musiqi Akademiyasının, eləcə də Detmold Musiqi Akademiyası və Paderborn Universitetinin məzunudur. Almaniyada beynəlmiləl tərkibli “Bridge of Sound” orkestrinin və “Harmony of Sound” beynəlxalq musiqi festivalının təsisçisi və bədii rəhbəri kimi Azərbaycanın zəngin musiqi irsini xaricdə uğurla təbliğ edir. 2024-cü ildə Almaniyada “İlin ən yaxşı bəstəkarı” adına və “Artist in Residence” nominasiyasına layiq görülən ilk azərbaycanlı bəstəkardır.скачать dle 10.6фильмы бесплатно


389

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

İrəvanda Mirzoyan və Lavrov arasında görüş başlayıb
Prezident İlham Əliyev Ankarada Qərbi Azərbaycanla bağlı keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət edib
Ali Məhkəmə əsassız varlanma ilə bağlı qərar qəbul edib
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
Bu günədək azad edilmiş ərazilərdə 80-dən çox həkim və orta tibb işçisi işlə təmin olunub
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs edam olunub

İrəvanda Mirzoyan və Lavrov arasında görüş başlayıb

Prezident İlham Əliyev Ankarada Qərbi Azərbaycanla bağlı keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət edib

Ali Məhkəmə əsassız varlanma ilə bağlı qərar qəbul edib

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

Bu günədək azad edilmiş ərazilərdə 80-dən çox həkim və orta tibb işçisi işlə təmin olunub

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs edam olunub

Milli Məclisin mayın 23-də keçiriləcək iclasının gündəliyi məlum olub

Azərbaycan və Macarıstan arasında əlaqələrin daha da genişlənməsinə xidmət edən səfər

“Suverenlik və Konstitusiya: Gəncliklə Gələcəyə” mövzusunda forum təşkil edilib

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.