• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan mədəniyyəti Kanadada uğurla təbliğ edilib

30-04-2025, 15:00 | Baxılıb: 689
“Azərbaycan mədəniyyəti Kanadada uğurla təbliğ edilib

Azərbaycan mədəniyyəti Kanadada uğurla təbliğ edilib
Kanadanın Ottava və Toronto şəhərlərində yaşayan soydaşlarımız Azərbaycanın zəngin mədəni irsinin, tarixinin və milli dəyərlərinin tanıdılması istiqamətində fəaliyyətlərini davam etdirirlər. Onlar bu məqsədilə müxtəlif tədbirlər keçirir, beynəlxalq festivallarda iştirak edirlər. Bu isə ölkəmizin dünyada təbliği baxımından olduqca əhəmiyyətlidir.
Belə tədbirlərdən biri Kanadanın paytaxtı Ottavada baş tutub. Azərbaycanlı Tələbələr Assosiasiyasının təşkilat etdiyi tədbir “Azərbaycan Mədəniyyət Gecəsi – Azerbaijani Cultural Gala” adlanıb. Gecə Azərbaycanın zəngin mədəniyyətini, tarixini və milli dəyərlərini Kanadada yaşayan azərbaycanlı gənclərə, diaspor üzvlərinə, eləcə də yerli ictimaiyyətə tanıtmaq məqsədilə keçirilib. “Qarabağ” Azərbaycan dili məktəbinin şagirdləri ölkəmiz haqqında məlumatlar verib, şeirlər səsləndirib. “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri isə milli rəqslərimizi ifa ediblər. Gecədə Azərbaycanın tarixinə həsr olunmuş təqdimatlar da yer alıb. Məkan daxilində qurulan dekorativ guşələr, milli atributlar və sənətkarlıq nümunələri iştirakçılara ölkəmizin zəngin tarixi və mədəni irsi ilə tanışlıq imkanı yaradıb.
Toronto şəhərində isə Kanada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri Multikultural Uşaq Festivalına qatılıblar. Festival Kanada Türk Mədəniyyəti və Folklor Dərnəyinin təşkilatçılığı ilə keçirilib. Balaca soydaşlarımız həftəsonu məktəbinin rəqs müəllimi Orxan İslamovun rəhbərliyi ilə milli rəqs nömrələri ilə çıxış ediblər. Xüsusilə ingilis dilində səsləndirilən “Ey əziz anam, Azərbaycan” mahnısının sədaları altındakı rəqs böyük marağa səbəb olub və alqışlarla qarşılanıb.

Azərbaycan mədəniyyəti Kanadada uğurla təbliğ edilib
Azərbaycan mədəniyyəti Kanadada uğurla təbliğ edilib
Azərbaycan mədəniyyəti Kanadada uğurla təbliğ edilib
Azərbaycan mədəniyyəti Kanadada uğurla təbliğ edilib
Azərbaycan mədəniyyəti Kanadada uğurla təbliğ edilib
Azərbaycan mədəniyyəti Kanadada uğurla təbliğ edilib
Azərbaycan mədəniyyəti Kanadada uğurla təbliğ edilib
Azərbaycan mədəniyyəti Kanadada uğurla təbliğ edilib
скачать dle 10.6фильмы бесплатно

689

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.