ŞƏKİDƏ HEYDƏR ƏLİYEV MƏKTƏBLİLƏRİN GÖZÜ İLƏ ADLI İNŞA YAZI MÜSABİQƏSİNİN RAYON ÜZRƏ QALİBLƏRİ TƏLTİF OLUNUBLAR-FOTOLAR.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə sayılı günlər qalıb.Bu münasibətlə respublikanın hər yerində silsilə tədbirlər keçirilir. Elm və Təhsil nazirliyi bu sahədə daha çox tədbirlər keçirir desək, yanılmarıq. Mədəniyyət sahəsində də Ulu öndərin doğum günü ilə bağlı silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də, artıq illərdir ənənə halına çevrilən inşa yazı müsabiqələrinin keçirilməsidir.
Azərbaycan Yazıçılar Birliyinin Zaqatala bölməsi də artıq üçüncü ildir ki, Ümummilli liderimiz Heydər Əliyevin doğum günüylə bağlı inşa yazı müsabiqəsinin əsas təşkilatçılarındandır. Belə ki, AYB Şimal-qərb bölgəsi, Şəki-Zaqatala regional təhsil idarəsi, YAP Şəki rayon təşkilatı və ATİAHİ Şəki rayon komitəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev Məktəblilərin Gözü İlə”adlı inşa yazı müsabiqəsi keçirilib. Ümumiyyətlə sözügedən inşa yazı müsabiqəsi Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında təhsil alan məktəblilər arasında keçirilir. Artıq qaliblər müəyyənləşdiyi üçün onların təltifolunma mərasimlərinə start verilib.
İlk belə tədbir 25 aprel 2025-ci ildə Qax rayon Heydər Əliyev Mərkəzində keçirilib. İkinci tədbir isə 28-04-2025-ci ildə Qəbələ rayonunda keçirilib.
Üçüncü belə tədbir isə 29-04-2025-ci ildə Oğuz şəhər Emin Abdullayev adına 2 nömrəli internat tipli texniki və təbiət fənləri təmayüllü Liseydə keçirilib.
Dördüncü tədbir isə 30-04-2025-ci ildə Şəki şəhər “7” nömrəli tam orta məktəbin akt zalında keçirilib.
Tədbir Dövlət himninin səsləndirilməsi, Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməklə başlayıb.
Tədbiri Azərbaycan Yazıçılar Birliyi Zaqatala bölməsinin sədri aparıb.
İnşa yazı müsabiqəsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verən Ə.Ələkbərli belə tədbirlərin keçirilməsinin şagirdlərin daha çox maariflənməsində rolu olduğunu deyib:-inşa yazı müsabiqəsinin keçirilməsində bir məqsədimiz var, Heydər Əliyev irsini daha yaxından öyrənmək: ”Hamıya məlumdur ki, Azərbaycan yenicə müstəqilliyini elan etdikdən sonra səriştəsiz rəhbərlərin səhvi üzündən xalqımız vətəndaş müharibəsi astanasında idi.
Bu vaxt xalqımız öz müdrik oğlu Heydər Əliyevə üz tutaraq, xalqı bu bəladan xilas etməsini istədi. Ümummilli lider Heydər Əliyev paytaxt Bakı şəhərinə qayıdaraq təkcə xalqımızı bu bəladan xilas etmədi. O elə bir uğurlu siyasətin təməlini qoydu ki, bir müddət sonra Azərbaycan dövləti iqtisadi cəhətdən qafqazın ən güclü dövlətlərindən birinə çevrildi.
Siz məktəblilər dahi şəxsiyyət haqqında çox şeyləri bilmir və onun etdiklərini daha yaxşı dərk edə bilmirsiniz.
Bu gün dünyada inanılmaz hadisələr baş verir, bir çox iri dövlətlər özündən kiçik dövlətlərin torpaqlarını bütün dünyanın gözü qarşısında işğal edir. Və həmişə olduğu kimi dünya bu ədalətsizliyə susur. Azərbaycan dövləti isə iki əsrlik tarixində heç vaxt edə bilmədiyini məhz Heydər Əliyev siyasətinin gücü ilə edərək tam suverenliyini bərpa edə bildi.
Belə ki, Ümummilli lider Heydər Əliyevin siyasi varisi olan, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün davam edən “Vətən Müharibəsi” zamanı xalqımız Qarabağı tamamilə işğaldan azad etdi. Bu təkcə torpaqlarımızın geri qaytarılması ilə yadda qalmadı, dünyanın supergüclərinin hələ heç bir müharibələrdə istifadə etmədiyi bir taktika ilə 21-ci əsrin ən müasir müharibəsinin aparılması ilə də yaddaşlarda qaldı. Azərbaycan əsgəri XTQ döyüşçüləri ilə yanaşı, PUA və İtiqovanlarla düşməni torpaqlarımızdan qovub çıxardı.
Bütün bunlara məhz Heydər Əliyev siyasətinin gücü ilə nail olmaq olardı. Belə ki, Ulu öndərin uzaqgörən siyasəti nəticəsində əvvəlcə atəşkəs əldə olundu, daha sonra iqtisadi layihələr, iri neft müqavilələri sayəsində Azərbaycan iqtisadiyyatı güclənərək dövlətimizi qüdrətli bir dövlətə çevirdi. Bu gün Dünyanın ən aparıcı dövlətləri belə qafqazda hər hansı bir layihəni həyata keçirmək istəyirsə Azərbaycan dövlətinin maraqları ilə mütləq hesablaşırlar. İstəyirəm ki, məktəblilərimiz Heydər Əliyevin nə qədər dahi bir şəxsiyyət olduğunu onun gördüyü işlərlə tanış olaraq dərk etsinlər.
“Heydər Əliyev Məktəblilərin Gözü İlə” adlı inşa yazı müsabiqəsinin təşkilində Şəki-Zaqatala regional təhsil idarəsi Şəki rayon təhsil sektoruna, ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasıyevaya, YAP Şəki rayon təşkilatının sədr müavini Ziya Vəliyevə təşkilati dəstəyə görə təşəkkür edirəm.
Sonda tədbirimizdə iştirak edən Şəki-Zaqatala regional təhsil idarəsi inzibati təşkilat sektorunun müdiri Rauf Əsədova və baş məsləhətçi Elxan Abdullayevə öz təşəkkürümü bildirirəm.
Sonra balaca məktəbli Mələk Seyidova Heydər Əliyev haqqında şeir söyləyib.
Daha sonra tədbirdə söz
Şəki-Zaqatala regional təhsil idarəsi inzibati təşkilat sektorunun müdiri Rauf Əsədova verilib. Rauf müəllim
Ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, o cümlədən təhsilimizə, müəllimə verdiyi yüksək qiymətdən ətraflı danışıb. Hələ sovetlər birliyi dövründə Heydər Əliyev Azərbaycana rəhbərliyə gəldikdən sonra respublikamızın inkişafına görə birinciliyə yüksəldiyini deyib. Heydər Əliyev siyasəti sayəsində bu gün Azərbaycanın çox sürətlə inkişaf etdiyini xüsusi vurğulayıb. O bildirib ki, bu gün zamanla itirilən torpaqlarımız artıq geri qaytarılıb və respublikamız öz suverenliyini tam bərpa edib. Artıq biz Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində böyük problemlərimizdən bir qismini tam həll edə bilmişik.
Sonra söz musiqiyə verilib, məktəbli Nurlan Əhmədli Azərbaycan mahnısını ifa edib.
Daha sonra söz YAP Şəki rayon təşkilatının sədr müavini Ziya Vəliyevə verilib. Ziya müəllim də əvvəlcə müsabiqə qaliblərini təbrik edərək artıq ənənə halını almış inşa yazı müsabiqəsinin əsas təşkilatçılarından olan AYB Zaqatala bölməsinə öz təşəkkürünü bildirib.
Daha sonra öz çıxışında dahi şəxsiyyət Heydər Əliyev haqqında geniş danışıb, onun xalqımızı və dövlətimizi düçar olduğu çox çətin bir vəziyyətdən işıqlı sabaha çıxarmasını xüsusi vurğulayıb.
YAP-nın yaranmasının tarixi zərurət olduğunu vurğulayaraq bu barədə də ətraflı məlumat verib.
Ziya müəllim belə tədbirlərin keçirilməsinin, məktəblilərin Ulu öndər haqqında inşa yazıları yazmasının Heydər Əliyev irsinin öyrənilməsində böyük rol oynaya biləcəyini vurğulayıb.
Sonra rəqs etmək üçün səhnəyə kiçik fidanımız olan Minə Hüseynli dəvət olunub.
Sonra İnşa yazı müsabiqəsinin Şəki rayon üzrə qalibi İnci Salamova yazdığı inşadan müəyyən hissəni tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Tədbirin sonunda qaliblərin adları elan olunub:-Şəki şəhər 17 nömrəli tam orta məktəbinin 11-ci sinif şagirdi İnci Salamova “Heydər Əliyev Məktəblilərin Gözü İlə”adlı inşa yazı müsabiqəsində Şəki məktəbliləri arasında birinci yerə layiq görülüb.
İkinci yerə Şəki rayon Təpəcənnət kənd tam orta məktəbin 9-cu sinif şagirdi Arzu Rüstəmova layiq görülüb.
Üçüncü yerə isə Şəki şəhər 11 nömrəli tam orta məktəbin Günel Əzizli şagirdi layiq görülüb.
Dördüncü yer, həvəsləndirici diploma isə Şəhər “14” nömrəli tam orta məktəbin “11”-ci sinif şagirdi Nazlı Məmmədova layiq görülüb.
Qaliblərə YAP Şəki rayon təşkilatı tərəfindən də müxtəlif hədiyyələr təqdim olunub.
Sonda xatirə şəkili çəkilib.
Əlmaniz Ələkbərli
Diaspor.info saytının
Baş Redaktoru.