• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Helsinki Azərbaycan Evində icma üzvləri ilə görüş keçirilib.

2-05-2025, 13:00 | Baxılıb: 708
“Helsinki Azərbaycan Evində icma üzvləri ilə görüş keçirilib.

Helsinki Azərbaycan Evində icma üzvləri ilə görüş keçirilib
Finlandiyanın Helsinki şəhərində fəaliyyət göstərən Azərbaycan Evində bu ölkədə yaşayan soydaşlarımızla görüş keçirilib.
Görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev təmsil etdiyi qurumun layihələri barədə məlumat verib, Finlandiyadakı icmanın və Azərbaycan Evinin diaspor siyasətinə verdiyi töhfələri dilə gətirib. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan Evlərinin mədəniyyətimizin və tariximizin təbliğində, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Prezident İlham Əliyevin xaricdəki azərbaycanlılara ana dilini unutmamaları ilə bağlı tövsiyəsini də xatırladıb.
Azərbaycan Respublikasının Norveç, İsveç, Finlandiya və Danimarkadakı səfirliyinin birinci katibi Əsgər Nağıyev Skandinaviya ölkələrindəki icmamızın fəallığından və Azərbaycan Evinin uğurlu işindən danışıb.
Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə koordinatoru, Helsinki Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarova evin və məktəbinin fəaliyyəti barədə məlumat verib, Finlandiyadakı Azərbaycan icmasına göstərilən dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlığını ifadə edib.
Həftəsonu məktəbinin Azərbaycan dili müəllimi Aytən Bəşirova şagirdlərin ana dilində təhsil almağa böyük maraq göstərdiklərini və onların sıralarının get-gedə daha da genişləndiyini bildirib.
Azərbaycan Evinin nəzdindəki həftəsonu məktəbinin şagirdlərinin xüsusi proqramla çıxışından sonra “Bülbül” ana dili kitabı təqdim olunub. Kitabın müəllifi, Londonda yaşayan soydaşımız Emiliya Cəbrayılova yeni nəşr haqqında məlumat verib. Görüş iştirakçıları belə bir kitabın hazırlanmasını müsbət qiymətləndirib, kitabın azərbaycanlı uşaqların ana dilini öyrənmələrinə xüsusi bir töhfə olduğunu qeyd ediblər.
İcma görüşündə Skandinaviya AKŞ-nin Finlandiya üzrə yeni koordinatoru seçilib. Daha sonra “Finlandiya-Azərbaycan Dostluq Cəmiyyəti”nin sədri Təranə Nəzərovaya təltif olunduğu “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim olunub.
Xatırladaq ki, bu gün dünyanın 19 ölkəsində 30 Azərbaycan Evi fəaliyyət göstərir.

скачать dle 10.6фильмы бесплатно

708

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.