• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“Mediada insan hüquqları” mövzusunda tədbir keçirilib

2-05-2025, 17:00 | Baxılıb: 704
““Mediada insan hüquqları” mövzusunda tədbir keçirilib

Diaspor info xəbər verir ki, mayın 2-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), "Şərq qapısı" qəzeti və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “3 may Ümumdünya Mətbuat Azadlığı Günü” münasibəti ilə tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), "Şərq qapısı" qəzetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin, Naxçıvan Mətbuat Şurasının və informasiya sahibi olan dövlət orqanlarının əməkdaşları, media nümayəndələri, o cümlədən Naxçıvan Dövlət Universitetinin müəllim və tələbə heyəti iştirak edib.

Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və videoçarx nümayiş olunub.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısının müavini Gülxanım Orucova, "Şərq qapısı" qəzetinin baş redaktor müavini Məmməd Babayev və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) köməkçisi Rəşid Talıbov giriş nitqi ilə çıxış edərək söz və mətbuat azadlığının əsas prinsipləri, ifadə azadlığının inkişaf perspektivləri, ölkəmizdə və muxtar respublikada söz və mətbuat azadlığı sahəsində həyata keçirilən tədbirlər barəsində danışıblar.

Sonra “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini İlhamə Novruzova, Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov, Ombudsman aparatının əməkdaşı Elnarə Hüseynova və “Şərq qapısı” qəzetinin əməkdaşı Aidə İbrahimova mövzu ilə bağlı çıxışlar ediblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.скачать dle 10.6фильмы бесплатно


704

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.