• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarında dəyişiklik edilib

2-05-2025, 18:00 | Baxılıb: 706
“Ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarında dəyişiklik edilib

Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə tələbə qəbulu qaydalarında dəyişikliklərlə bağlı məlumat yayıb.
Diaspor info xəbər verir ki, əsas dəyişiklik iştirakçıların hər sessiyada ali təhsil müəssisələrinə imtahanda iştirak üçün qeydiyyatı zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini seçmələri ilə bağlıdır.

DİM bir daha diqqətə çatdırıb ki, həm Rİ, həm də RK altqrupu üzrə imtahan vermək istəyən abituriyentlər hər imtahan sessiyasında bir altqrup üzrə seçim etməklə (məsələn, yaz imtahan sessiyasında RK, yay imtahan sessiyasında Rİ) ümumi müsabiqə şərtlərini ödədikləri halda, hər iki altqrupa aid ixtisasları yenə də seçə bilərlər.

Bundan başqa, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na 1 saylı əlavə “İxtisas qrupları və ixtisaslar” Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”na uyğunlaşdırılıb. Uyğunlaşdırma zamanı müvafiq ixtisas qruplarına aşağıdakı yeni ixtisaslar əlavə edilib:

I ixtisas qrupu üzrə:

Riyaziyyat-kimya (RK) altqrupuna:

- Riyaziyyat və fizika müəllimliyi;

- Xüsusi rabitə vasitələri mühəndisliyi;

- Kənd təsərrüfatı texnologiyaları;

- Qida texnologiyaları;

- Heyvandarlıq.

Riyaziyyat-informatika (Rİ) altqrupuna:

- Data analitikası;

- Proqram təminatı mühəndisliyi.

III ixtisas qrupunun Dil-tarix (DT) altqrupu üzrə:

- Xüsusi pedaqogika;

- Kommunikasiya və rəqəmsal media;

- Dövlət təhlükəsizliyi və idarəetmə.

IV ixtisas qrupu üzrə:

- Qidalanma və diyetologiya.

V ixtisas qrupu üzrə:

- Adaptiv bədən tərbiyyəsi;

- Kütləvi sağlamlaşdırıcı idman;

- Ümumi fiziki hazırlıq.скачать dle 10.6фильмы бесплатно


706

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.