ZAQATALA RAYON HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ -HEYDƏR ƏLİYEV MƏKTƏBLİLƏRİN GÖZÜ İLƏ- ADLI İNŞA YAZI MÜSABİQƏSİNİN RAYON VƏ ZONA ÜZRƏ QALİBLƏRİ TƏLTİF OLUNUBLAR-FOTOLAR.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə sayılı günlər qalıb.Bu münasibətlə respublikanın hər yerində silsilə tədbirlər keçirilir. Elm və Təhsil nazirliyi bu sahədə daha çox tədbirlər keçirir desək, yanılmarıq. Mədəniyyət və digər sahələrdə də Ulu öndərin doğum günü ilə bağlı silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də, artıq illərdir ənənə halına çevrilən inşa yazı müsabiqələrinin keçirilməsidir.
Azərbaycan Yazıçılar Birliyinin Zaqatala bölməsi də artıq üçüncü ildir ki, Ümummilli liderimiz Heydər Əliyevin doğum günüylə bağlı inşa yazı müsabiqəsinin əsas təşkilatçılarındandır. Belə ki, AYB Şimal-qərb bölgəsi, Şəki-Zaqatala regional təhsil idarəsi, YAP-nın rayon təşkilatları, ATİAHİ Zaqatala rayon komitəsi və Zaqatala rayon Heydər Əliyev mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev Məktəblilərin Gözü İlə”adlı inşa yazı müsabiqəsi keçirilib.
Ümumiyyətlə sözügedən inşa yazı müsabiqəsi Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında təhsil alan məktəblilər arasında keçirilib. Qaliblər müəyyənləşdiyi üçün onların təltifolunma mərasimlərinə start verilib. İlk belə tədbir 25 aprel 2025-ci ildə Qax rayon Heydər Əliyev Mərkəzində keçirilib.
İkinci tədbir isə 28-04-2025-ci ildə Qəbələ şəhərində 1 nömrəli tam orta məktəbdə keçirilib.
Üçüncü belə tədbir isə 29-04-2025-ci ildə Oğuz şəhər Emin Abdullayev adına 2 nömrəli internat tipli texniki və təbiət fənləri təmayüllü Liseyində keçirilib.
Dördüncü tədbir isə 30-04-2025-ci ildə Şəki şəhər “7” nömrəli tam orta məktəbin akt zalında keçirilib.
Beşinci tədbir 01-05-2025-ci ildə, Balakən rayonunda Zərifə Əliyeva adına şəhər 3 nömrəli tam orta məktəbdə keçirilib.
Zaqatalalı qaliblərin və Zona qaliblərinin mükafatlandırılması tədbiri isə 02-05-2025-ci ildə Zaqatala rayon Heydər Əliyev mərkəzinin böyük zalında keçirilib.
Tədbirdə iştirak edən 350-dən artıq insanın çoxu təhsil sahəsindən olan müəllim, şagird və məktəb direktorları idi. Bundan əlavə yerli yazarlarla yanaşı mədəniyyət, səhiyyə sahəsindən də iştirak edənlər az deyildir.
Tədbir Dövlət himninin səsləndirilməsi, Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Tədbiri Zaqatala rayon Heydər Əliyev mərkəzinin rəhbəri Famil Rəhimov aparıb.
Famil müəllim öncə Heydər Əliyev dühasından ətraflı danışıb. Daha sonra Heydər Əliyevin doğum günüylə bağlı keçirilən silsilə tədbirlərin çoxuna Zaqatala rayon Heydər Əliyev mərkəzinin ev sahibliyi etdiyini bildirib. F. Rəhimov “Heydər Əliyev məktəblilərin gözü ilə” adlı inşa yazı müsabiqəsinin keçirilməsini yüksək qiymətləndirərək müsabiqənin əsas təşkilatçısı Azərbaycan Yazıçılar Birliyi Zaqatala Bölməsinin sədri Əlmaniz Ələkbərliyə öz təşəkkürünü bildirib. Sonra söz Azərbaycan Yazıçılar Birliyi Zaqatala bölməsinin sədri, yazıçı-jurnalist Əlmaniz Ələkbərliyə verilib.
Əlmaniz müəllim tədbirdə iştirak edən Vətən müharibəsi qəhrəmanı XTQ şəhid kapitanı İsmayıl Səmədovun atası Məhəmməd və qardaşı Elvin Səmədovu, Şəhid Əhməd Laçınovun anası Züleyxa ananı və atası Qurban dayını və Şəhid Orxan Cumayevin anası Rahilə ananı salamladıqdan sonra çıxışına başlayıb.
Bilirsiniz ki, bu gün yekun tədbirimizi keçiririk. Belə ki, Zaqatalalı qaliblərlə yanaşı “Zona” qaliblərini də məhz bu gün burada təltif edəcəyik.
İnşa yazı müsabiqəsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verən Ə.Ələkbərli belə tədbirlərin keçirilməsinin şagirdlərin daha çox maariflənməsində rolu olduğunu deyib:-inşa yazı müsabiqəsinin keçirilməsində bir məqsədimiz var, Heydər Əliyev irsini daha yaxından öyrənmək:-”Hamıya məlumdur ki, Azərbaycan yenicə müstəqilliyini elan etdikdən sonra səriştəsiz rəhbərlərin səhvi üzündən xalqımız vətəndaş müharibəsi astanasında idi. Bu vaxt xalqımız öz müdrik oğlu Heydər Əliyevə üz tutaraq, xalqı bu bəladan xilas etməsini istədi.
Ümummilli lider Heydər Əliyev paytaxt Bakı şəhərinə qayıdaraq təkcə xalqımızı bu bəladan xilas etmədi. O elə bir uğurlu siyasətin təməlini qoydu ki, bir müddət sonra Azərbaycan dövləti iqtisadi cəhətdən qafqazın ən güclü dövlətlərindən birinə çevrildi. Siz məktəblilər dahi şəxsiyyət haqqında çox şeyləri bilmir və onun etdiklərini daha yaxşı dərk edə bilmirsiniz. Bu gün dünyada inanılmaz hadisələr baş verir, bir çox iri dövlətlər özündən kiçik dövlətlərin torpaqlarını bütün dünyanın gözü qarşısında işğal edir. Və həmişə olduğu kimi dünya bu ədalətsizliyə susur.
Azərbaycan dövləti isə iki əsrlik tarixində heç vaxt edə bilmədiyini məhz Heydər Əliyev siyasətinin gücü ilə edərək tam suverenliyini bərpa edə bildi. Belə ki, Ümummilli lider Heydər Əliyevin siyasi varisi olan, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün davam edən “Vətən Müharibəsi” zamanı xalqımız Qarabağı tamamilə işğaldan azad etdi. Bu təkcə torpaqlarımızın geri qaytarılması ilə yadda qalmadı, dünyanın supergüclərinin hələ heç bir müharibələrdə istifadə etmədiyi bir taktika ilə 21-ci əsrin ən müasir müharibəsinin aparılması ilə də yaddaşlarda qaldı. Azərbaycan əsgəri XTQ döyüşçüləri ilə yanaşı, PUA və İtiqovanlarla düşməni torpaqlarımızdan qovub çıxardı.
Bütün bunlara məhz Heydər Əliyev siyasətinin gücü ilə nail olmaq olardı. Belə ki, Ulu öndərin uzaqgörən siyasəti nəticəsində əvvəlcə atəşkəs əldə olundu, daha sonra iqtisadi layihələr, iri neft müqavilələri sayəsində Azərbaycan iqtisadiyyatı güclənərək dövlətimizi qüdrətli bir dövlətə çevirdi. Bu gün Dünyanın ən aparıcı dövlətləri belə qafqazda hər hansı bir layihəni həyata keçirmək istəyirsə Azərbaycan dövlətinin maraqları ilə mütləq hesablaşırlar. İstəyirəm ki, məktəblilərimiz Heydər Əliyevin nə qədər dahi bir şəxsiyyət olduğunu onun gördüyü işlərlə tanış olaraq dərk etsinlər.
“Heydər Əliyev Məktəblilərin Gözü İlə” adlı inşa yazı müsabiqəsinin təşkilində Şəki-Zaqatala regional təhsil idarəsinin müdiri Günay Mahmudova və Zaqatala rayon təhsil sektorunun müdiri Kəmalə Əhmədovaya, ATİAHİ Zaqatala rayon komitəsinin sədri Bəhruz Bayramova, YAP Zaqatala rayon təşkilatının sədr müavini Qüdbiddin Qardaşova, və Zaqatala rayon Heydər Əliyev mərkəzinin direktoru Famil Rəhimova təşkilati dəstəyə görə təşəkkür edirəm.
Heydər Əliyev məktəblilərin gözü ilə adlı inşa yazı müsabiqəsinin Zaqatalalı qalibləri ilə yanaşı Zona qaliblərini də ürəkdən təbrik edirəm. Və tədbirimizdə iştirak edən Şəki-Zaqatala regional təhsil idarəsi inzibati təşkilat sektorunun müdiri Rauf Əsədova öz təşəkkürümü bildirirəm.
Daha sonra tədbirdə Qax rayonundan olan şəhər 5 nömrəli məktəbin 6-cı sinif şagirdi Elcan Abbaslı “Heydər Əliyev” haqqında özünün yazdığı şeiri səsləndirib.
Bundan sonra tədbirdə Zaqatala RİH-nin əməkdaşı Ramin Həsənli çıxış edərək Ümummilli lider Heydər Əliyev haqqında, onun Azərbaycan üçün gördüyü misilsiz işlərdən danışıb.
Sonra söz Şəki-Zaqatala regional təhsil idarəsi inzibati təşkilat sektorunun müdiri Rauf Əsədova verilib. Rauf müəllim ilk öncə belə müsabiqələrin keçirilməsini yüksək qiymətləndirdi. Və sonra Ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, o cümlədən təhsilimizə, müəllimə verdiyi yüksək qiymətdən ətraflı danışıb. Hələ sovetlər birliyi dövründə Heydər Əliyev Azərbaycana rəhbərliyə gəldikdən sonra respublikamızın inkişafına görə birinciliyə yüksəldiyini deyib.
Heydər Əliyev siyasəti sayəsində bu gün Azərbaycanın çox sürətlə inkişaf etdiyini xüsusi vurğulayıb. O bildirib ki, bu gün zamanla itirilən torpaqlarımız artıq geri qaytarılıb və respublikamız öz suverenliyini tam bərpa edib. Artıq biz Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində böyük problemlərimizdən bir qismini tam həll edə bilmişik.
Sonra söz musiqiyə verilib, Zaqatala şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Rasin Əkbərli “Yaşa Azərbaycan” mahnısını ifa edib.
Sonra söz inşa yazı müsabiqəsinin təşkilatçılarından olan ATİAHİ Zaqatala rayon komitəsinin sədri Bəhruz Bayramova verilib. Bəhruz müəllim də əvvəlcə müsabiqə qaliblərini təbrik edərək artıq ənənə halını almış inşa yazı müsabiqəsinin əsas təşkilatçılarından olan AYB Zaqatala bölməsinə və onun sədri Əlmaniz Ələkbərliyə öz təşəkkürünü bildirib.
Daha sonra öz çıxışında dahi şəxsiyyət Heydər Əliyev haqqında geniş danışaraq, onun xalqımızı və dövlətimizi düçar olduğu çox çətin bir vəziyyətdən işıqlı sabaha çıxarmasını xüsusi vurğulayıb.
Bəhruz müəllim belə tədbirlərin keçirilməsinin, məktəblilərin Ulu öndər haqqında inşa yazıları yazmasının Heydər Əliyev irsinin öyrənilməsində böyük rol oynaya biləcəyini vurğulayıb.
Sonra Zaqatala şəhər 1 nömrəli tam orta məktəbin şagirdi İslam Qazi Ulu öndər haqqında şeir söyləyib.
Daha sonra söz YAP Zaqatala rayon təşkilatının sədr müavini Qüdbiddin Qardaşova verilib. Qüdbiddin müəllim Heydər Əliyev siyasəti sayəsində bu gün Azərbaycanın çox sürətlə inkişaf etdiyini xüsusi vurğulayıb. Və YAP-nın yaranmasının tarixi zərurət olduğunu vurğulayaraq bu barədə də ətraflı məlumat verib.
Q. Qardaşov belə tədbirlərin keçirilməsinin, məktəblilərin Ulu öndər haqqında inşa yazıları yazmasının Heydər Əliyev irsinin öyrənilməsində böyük rol oynaya biləcəyini xüsusi vurğulayıb. Sonda qalibləri təbrik edərək artıq ənənə halını almış inşa yazı müsabiqəsinin əsas təşkilatçılarından olan AYB Zaqatala bölməsinə və onun sədri Əlmaniz Ələkbərliyə öz minnətdarlığını bildirib.
Tədbirdə Şəki-Zaqatala regional təhsil idarəsi Zaqatala rayon təhsil sektorunun əməkdaşı Rəcəb Əlizadə də çıxış edərək Heydər Əliyev haqqında geniş danışıb:- Azərbaycan təhsilinin milli tariximizdə coşğun yüksəlişi, əsl intibah illəri kimi daxil olan ilk mərhələsi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edir.
Hələ ölkəmizə rəhbərliyinin birinci dövründə ümummilli lider Heydər Əliyevin təhsilimizə böyük qayğısının nəticəsi olaraq Azərbaycanda çoxlu sayda məktəb binası tikilərək istifadəyə verilib. Ölkədə təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib, lazımi avadanlıqla təchiz olunub. Ulu Öndər daim gənclərin hərtərəfli inkişafına böyük önəm verirdi.
Dövlət rəhbəri və siyasətçi kimi bütün müsbət xüsusiyyətləri özündə cəmləşdirən Heydər Əliyev elm-təhsil sahəsinə xüsusi diqqət göstərirdi. Ümummilli lider Heydər Əliyev hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi. Ulu öndərin öz sözləri ilə desək: “Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir”.
Ulu öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə alaraq, yüksək dəyərləndirib. Dahi rəhbər deyirdi: “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”. Rəcəb müəllim sonda Zaqatala rayon üzrə və Zona qaliblərini təbrik edib.
Sonra qalibləri təltif etmək üçün səhnəyə AYB Zaqatala bölməsinin sədri Əlmaniz Ələkbərli dəvət olunub.
Əlmaniz müəllim Heydər Əliyev məktəblilərin gözü ilə adlı inşa yazı müsabiqəsinin Zaqatala rayonundan olan qalibləri və Zona qaliblərini səhnəyə dəvət edib.
Zaqatala rayon məktəbliləri arasında Əliabad qəsəbə 3 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Mələk Gülməmmədova birinci yerə, Zaqatala şəhər 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Leyli Əlizadə ikinci yerə, Yuxarı Tala 4 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Ayşə Əliyeva üçüncü yerə, Aşağı Tala 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Mədinə Ağayeva isə dördüncü yerə, həvəsləndirici diploma layiq görülüb.
Zona üzrə qaliblər:- “1”-ci yerə Zaqatala rayon Əliabad qəsəbə 3 nömrəli tam orta məktəbin şagirdi Mələk Gülməmmədova layiq görülüb. İkinci yerə Balakən Şəhər A. Novruzov adına humanitar və texniki fənnlər təmayüllü liseyin 10-cu sinif şagirdi Aylin Abduxaliqova layiq görülüb. Üçüncü yerə isə Qax şəhər iki nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Aydan Məmmədova layiq görülüb.
Zona qaliblərinə hədiyyələri Şəhid ailələri təqdim ediblər.
Sonda xatirə şəkli çəkilib.
Əlmaniz Ələkbərli
Diaspor.info saytının
Baş Redaktoru.