• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Elmar Bayramovun “Nəfəs” filmi beynəlxalq festivalda mükafata layiq görülüb

8-05-2025, 18:00 | Baxılıb: 606
“Elmar Bayramovun “Nəfəs” filmi beynəlxalq festivalda mükafata layiq görülüb

Elmar Bayramovun “Nəfəs” filmi beynəlxalq festivalda mükafata layiq görülüb

ABŞ-da yaşayan azərbaycanlı rejissor Elmar Bayramovun müəllifi olduğu “Nəfəs” (“Breath”) qısametrajlı filmi Türkiyənin İzmir şəhərində keçirilən II Beynəlxalq Turan Film Festivalında “Xüsusi Jüri Mükafatı”na layiq görülüb.

Türk dünyasının müxtəlif ölkələrindən gələn kino əsərlərini nümayişini təmin etdirmək, mədəni əlaqələri gücləndirmək məqsədi daşıyan festivalda ümumilikdə 80 ölkədən 1675 müraciət qəbul edilib. Azərbaycan festivala 32, Türkiyə 324, Qazaxıstan 17, Özbəkistan 13, Türkmənistan 10, Qırğızıstan isə 7 filmlə qatılıb. Türk dünyasının mədəniyyətinə töhfə verən filmlər 10 müxtəlif kateqoriya üzrə mükafatlarlandırılıb. Festival çərçivəsində 3 sərgi və 8 xüsusi tədbir də təşkil edilib..
Elmar Bayramovun “Nəfəs” filmi beynəlxalq festivalda mükafata layiq görülüb
Elmar Bayramovun “Nəfəs” filmi beynəlxalq festivalda mükafata layiq görülüb
Elmar Bayramovun “Nəfəs” filmi beynəlxalq festivalda mükafata layiq görülüb
“Nəfəs” filmi münsiflər heyətinin qərarı ilə insan ruhunun davamlılığı və yaddaşın gücü kimi dərin mövzulara poetik bir yanaşma göstərdiyi üçün xüsusi olaraq seçilib. Film Birinci Qarabağ müharibəsində əsir düşənlərə həsr olunub. Filmdə müharibənin ağır təsirləri, insanların həyatında qoyduğu ağır psixoloji fəsadların post-müharibə dövründə də davam etdiyi, müharibə sonrası şəxsiyyətin cəmiyyətə reinteqrasiyasının çətinlikləri diqqətə çatdırılıb. Çəkilişləri Azərbaycanda aparılan film “Old stone pictures” və “Black Garden Company” şirkətlərinin Azərbaycan Diasporuna Dəstək Fondu ilə əməkdaşlığı çərçivəsində istehsal olunub.

3-6 may tarixlərində İzmirdə keçirilmiş festival haqqında ətraflı məlumatı aşağıdakı linkdən oxuya bilərsiniz:

https://turanfilmfestival.com/

Qeyd edək ki, 2023-cü ildə Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun dəstəyi ilə “Nəfəs” filminin ABŞ-nin Nyu-York və Boston şəhərlərində təqdimatı keçirilib. скачать dle 10.6фильмы бесплатно

606

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.