• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qələbəmizin Günnüt zəfəri...

20-05-2025, 11:00 | Baxılıb: 668
“Qələbəmizin Günnüt zəfəri...

Artıq 7 ildir ki, Şərur rayonunun Günnüt kəndinin ordumuz tərəfindən azad edilməsi sevincini yaşayırıq. Bildirim ki, Aprel döyüşlərində Lələtəpə, Cocuq Mərcanlının azad edilməsindən sonra Günnütdə aparılan hərbi əməliyyatlarda düşmən ordusu Azərbaycan ordusunun bir daha güc və qüdrətinin nəyə qadir olduğunu gördü. Xalqımız 30 ilə yaxın bir zamandan sonra yaşadığı bu sevinclə kiçik addımlarla böyük zəfərlərə doğru ümidinin çırağını qəlbində yandırdı...

1992-ci ildə işğal olunan Şərur rayonunun Günnüt kəndi digər işğal altında olan yaşayış məntəqələrimiz kimi, tamamilə dağıdılaraq yerləyeksan edilmişdi. Ermənilər çox yaxşı bilirdilər ki, bir gün zorla girdikləri bu ərazilərdən nəyin bahasına olursa-olsun qovulmağa məcbur olacaqlar. Sadəcə, zamanı gəlməli idi…

2018-ci il mayın 20-dən başlayaraq 27-nə qədər çəkən Əlahiddə Ümumqoşun Ordunun həyata keçirdiyi peşəkar əməliyyat nəticəsində Günnüt kəndi, yaxınlıqdakı Qızılqaya və Qaraqaya dağlarında yeni mövqelər işğaldan azad olundu. Dərələyəz mahalının Arpa kəndində və Mehri¬dərə vadisində düşmən fəaliyyəti nəzarət altına götürülərək, ümumilikdə, 11 min hektara yaxın ərazi nəzarət altına alındı. Bununla da, dəniz səviyyəsindən 1500-2000 metr yüksəkliklərdə yerləşən bu ərazilər ordumuzun birləşmələrinə düşmənin hərəkət edən və etməyən çoxsaylı obyektlərinə nəzarət etməyə imkan verdi. Ən önəmlisi isə Qızılqaya yüksəkliyinin ələ keçirilməsi ilə İrəvan-Yexeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna Azərbaycan ordusunun nəzarəti tam təmin olundu.

Günnüt zəfərinin tək şəhidi - Adil Tatarov

Hər bir zəfər qəhrəman oğulların igidliyi, şücaəti ilə qazanılır. Vətənini sevən, torpaq üçün canından keçib, ən ali adın sahibi olan bütün şəhidlərimiz xalqımız tərəfindən hər zaman anılır. Günnüt zəfərinin tək şəhidi Adil Tatarov da belə oğullardandır.

1999-cu il yanvar ayının 28-də Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində anadan olan Adil orta təhsilini başa vurduqdan sonra 2017-ci ildə əsgəri xidmətini yerinə yetirmək üçün ordu sıralarına daxil olub. O, Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissələrin birində xidmətə başlayıb. Bu illərdə nümunəvi əsgər olan Adil bir çox hərbi təlimlərdə iştirak edib. O, çevikliyi və döyüşkənliyi ilə əsgər yoldaşlarından hər zaman fərqlənib. Buna görə də bir çox diplom və fəxri fərmana layiq görülüb. Xidmətinin bitməsinə 4 ay qalmış Günnüt əməliyyatında iştirak edən Adil Tatarov düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən ağır yaralanaraq şəhid olub. Şəhidimiz may ayının 21-i doğulduğu Qıraq Kəsəmən kəndində dəfn olunub.

Vətən torpaqlarının qorunmasında xidməti borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə yüksələn Adil Əli oğlu Tatarov ölkə prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, “Şücaətə görə” medalları ilə təltif olunub.

Səriyyə Salahova

Naxçıvan televiziyasının redaktoruскачать dle 10.6фильмы бесплатно


668

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.