• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ali Məhkəmə əsassız varlanma ilə bağlı qərar qəbul edib

21-05-2025, 11:30 | Baxılıb: 323
“Ali Məhkəmə əsassız varlanma ilə bağlı qərar qəbul edib

Ali Məhkəmənin Mülki kollegiyası əsassız varlanma ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
Diaspor info-nun xəbərinə görə, işin hallarına əsasən faktiki ailə münasibətində yaşayan şəxslərdən biri digərinin verdiyi pul vəsaiti hesabına əmlak alıb. Bu münasibətlər pozulduqdan sonra pul vəsaiti verən şəxs əmlakın dəyərinin geri qaytarılmasını tələb edib.

Məhkəmələr əmlakın alınması üçün pul vəsaitini iddiaçının ödədiyini müəyyən etməklə bu qənaətə gəliblər ki, cavabdeh əsassız varlanıb, ona görə əmlakın dəyərini iddiaçıya qaytarmalıdır.

Sonra cavabdeh tərəf kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəmə qəbul etdiyi qərarında göstərib ki, bir şəxsin başqasının verdiyi pul vəsaiti hesabına əmlak alması əsassız varlanma nəticəsinə gəlmək üçün kifayət deyil.

Tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. İddia tələbinin (buna müvafiq olaraq öhdəliyin) qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır.

Baxılan işdə cavabdehin əldə etdiyi əmlakı sonradan iddiaçının mülkiyyətinə keçirəcəyi barədə tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn hüquq münasibətini və bu çərçivədə cavabdehin iddiaçı qarşısında öhdəlik daşımasını məhkəmələr müəyyən etməyiblər.

Pul vəsaitinin cavabdehin mənafeyi naminə (məsələn, əmlak alınması üçün) başqa şəxs(lər)ə verilməsi də mümkündür. Bu kimi hallar baxımından “öhdəliyin üçüncü şəxs tərəfindən icrası” və ya “üçüncü şəxsin xeyrinə müqavilə” institutları nəzərdən keçirilə bilər.Qanundan irəli gələn öhdəlik kimi əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün isə aşağıdakı şərtlər müəyyən edilməlidir:

- cavabdehin əmlak əldə etməsi;

- həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi;

- əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi.



Baxılan işdə cavabdehin əldə etdiyi əmlakın iddiaçının hesabına qazandığı sübuta yetirilmiş olsa belə, bu hallar iddianın əsassız varlanma çərçivəsində təmin edilməsi üçün kifayət deyil. Bunun üçün növbəti dispozisya şərti - əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud belə əsasın sonradan aradan qalxması və ya əmlak verilərkən nəzərdə tutulan məqsədin hasil olmaması (həyata keçməməsi) müəyyən edilməlidir.

Əgər iddiaçı pul vəsaitini cavabdehin özünə vermişsə, cavabdehin əldə etdiyi əmlakın tərəflərin müəyyən olunmuş faktiki münasibətləri fonunda bağışlama mahiyyətində olub-olmadığının araşdırılması işin düzgün həlli üçün əhəmiyyətli olub.

Bağışlamadan başqa bir hüquq münasibəti aşkar edilmədiyi, yəni cavabdehin mübahisəli əmlakı hədiyyə olaraq əldə etdiyi bəlli olduqda onun həmin əmlakı iddiaçıya qaytarmaq öhdəliyi, yalnız (iddia və sübut edildiyi təqdirdə) bağışlama müqaviləsinin ləğv edilməsindən irəli gələ bilər. İddia tərəfinin Mülki Məcəllənin 673.1-ci maddəsində sadalanan əsaslardan hər hansı birinə istinadı və sübuta yetirməsi müəyyən edilməyib.

Məhkəmə tərkibi onu da qeyd edib ki, bağışlamadan imtina olunduğu sübuta yetirilməmişsə, varlanmış şəxs həmin əmlakı əsassız deyil, bağışlama müqaviləsi əsasında qazanmış sayılır. Bu hal isə əsassız varlanmanın zəruri əlamətinin - əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn bir əsasın olmaması şərtinin təsbit olunmadığını göstərir. Məhkəmələrin bu şərti müəyyən etmədən iddianı Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən təmin etmələri əsaslı olmayıb.

Göstərilənlərə əsasən, kassasiya şikayəti qismən təmin edilib, iş yeni apelyasiya baxışına qaytarılıb.скачать dle 10.6фильмы бесплатно


323

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Koreyanın ibtidai məktəbində Azərbaycan Günü təşkil olunub
Əlilliyi olan şəxslər üçün hüquqi maarifləndirmə tədbiri keçirilib
Elçin Əmirbəyov İrlandiya rəsmiləri ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
Daşkənddə Türk Dövlətləri Təşkilatının III Diaspor Gənclərinin Forumu keçirilib
Zəfər tariximizi yazan Rəşadətli Azərbaycan Ordusu
Türkiyə Prezidenti ilə Almaniya Federal Kansleri bölgədəki son hadisələri müzakirə ediblər

Koreyanın ibtidai məktəbində Azərbaycan Günü təşkil olunub

Əlilliyi olan şəxslər üçün hüquqi maarifləndirmə tədbiri keçirilib

Elçin Əmirbəyov İrlandiya rəsmiləri ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

Daşkənddə Türk Dövlətləri Təşkilatının III Diaspor Gənclərinin Forumu keçirilib

Zəfər tariximizi yazan Rəşadətli Azərbaycan Ordusu

Türkiyə Prezidenti ilə Almaniya Federal Kansleri bölgədəki son hadisələri müzakirə ediblər

Prezident İlham Əliyev UFC-nin prezidentini qəbul edib

Bakının üç rayonuna prokuror təyin edilib

Prezident İlham Əliyev Azərbaycan ilə Çin arasında beynəlxalq multimodal daşımalar haqqında Sazişi təsdiqləyib

Azərbaycan ilə Küveyt kənd təsərrüfatı sahəsində əməkdaşlıq edəcək - FƏRMAN

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.