• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Soydaşımız Brevard Musiqi Müəllimləri Assosiasiyasının prezidenti seçilib

23-05-2025, 14:30 | Baxılıb: 564
“Soydaşımız Brevard Musiqi Müəllimləri Assosiasiyasının prezidenti seçilib

Soydaşımız Brevard Musiqi Müəllimləri Assosiasiyasının prezidenti seçilib
Floridada yaşayan soydaşımız xanım Pərvin Muradov Brevard Musiqi Müəllimləri Assosiasiyasının (The Brevard Music Teachers Association - https://www.brevardmta.org) prezidenti seçilib.
Pərvin Muradov bölgənin musiqi həyatını canlandırmaq məqsədilə ustad dərsləri, müəllim və tələbə konsertləri, müsabiqələr və peşəkar inkişaf tədbirləri təşkil etməyi planlaşdırır. Bu təşəbbüs gənc istedadların daha geniş bir mühitdə tanınmasına imkan yaradacaq, bölgənin musiqi mədəniyyətinə böyük töhfə verəcək. Soydaşımız bölgədəki musiqi müəllimləri arasında əlaqələr quraraq, təcrübə mübadiləsi və birgə layihələr həyata keçirməyi də nəzərdə tutur: “Musiqi vasitəsilə icmamızı gücləndirmək, müəllimləri dəstəkləmək və yeni nəsil musiqiçilərə ilham vermək mənim əsas missiyamdır,” – deyə o bildirib.
Musiqi Müəllimləri Milli Assosiasiyasının (Music Teachers National Association- MTNA) fəal üzvü olan Pərvin Muradov Florida Texnologiya Universitetinin professoru, Floridanın "Azərbaycan-Amerika Mədəniyyəti Cəmiyyəti"nin Mədəniyyət işləri üzrə direktorudur. O həmçinin ABŞ-də musiqi müəllimləri üzrə yüksək peşəkarlıq və tədris keyfiyyətinin göstəricisi olan “Musiqi Müəllimləri üzrə Milli Sertifikatlı Müəllim” (“Nationally Certified Teacher of Music-NTCM”) titulunun sahibidir. Soydaşımızın təşəbbüsü ilə hər il “Florida Keys” adlı beynəlxalq musiqi müsabiqəsi təşkil edilir. Tələbələri dünyanın müxtəlif ölkələrində keçirilən bir sıra müsabiqələrin qalibidirlər. İndiyədək ABŞ-nin bir sıra ştatlarında, İsveç, İspaniya, Almaniya, İngiltərə, Avstriyada xeyriyyə konsertləri verib. 2015-ci ildə autizm spektrli musiqiçilərin yaradıcılıq imkanlarını dəstəkləmək üçün "Musiqi, Təhsil və Autizm Fondu"nu təsis edib.
2018-ci ildə Nyu Yorkda Azərbaycan bəstəkarlarının musiqi əsərlərindən ibarət beynəlxalq müsabiqə təşkil edib. Tanınmış pianoçu, musiqi pedaqoqu və incəsənət təbliğatçısıdır.
Pərvin Muradov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.скачать dle 10.6фильмы бесплатно


564

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.