• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İtaliyada “Qarabağdan İtaliyaya: Azərbaycan xalçası” adlı sərgi keçiriləcək

23-05-2025, 19:30 | Baxılıb: 708
“İtaliyada “Qarabağdan İtaliyaya: Azərbaycan xalçası” adlı sərgi keçiriləcək

İtaliyada “Qarabağdan İtaliyaya: Azərbaycan xalçası” adlı sərgi keçiriləcək
24-25 may 2025-ci il tarixində İtaliyanın Cassine şəhərində yerləşən “Palazzo Guerrina” Mədəniyyət Mərkəzində “Qarabağdan İtaliyaya: Azərbaycan xalçası” adlı sərgi keçiriləcək. Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış tədqiqatçı Elnarə Rəsulovanın şəxsi kolleksiyasına daxil olan Qarabağ xalçaları bu tədbirdə ilk dəfə İtaliya ictimaiyyətinə təqdim ediləcək.
Əsrlərin dərinliklərindən süzülərək gələn Qarabağ xalçaları sərgidə yalnız sənət əsəri kimi deyil, həm də mədəniyyətin daşıyıcısı və yaddaşın qoruyucusu kimi təqdim olunacaq. Rənglərin, naxışların və ilmələrin dili ilə danışan bu nadir eksponatlar Azərbaycan xalqının tarixinin və ruhunun inikasıdır. Eyni zamanda, Azərbaycan mədəni irsinin sərhədləri aşaraq qlobal miqyasda təqdim olunması istiqamətində atılan mühüm addımdır.
Sərgi Azərbaycan Diasporuna Dəstək Fondu, Cassine Bələdiyyəsi və bir sıra özəl şirkətlərin dəstəyi ilə gerçəkləşəcək.
Sərginin açılışı 24 may tarixində saat 11:00-da baş tutacaq. Ziyarətçilər 2 gün ərzində saat 11:00-dan 17:00-a qədər sərgi ilə tanış ola biləcəklər.
Qeyd edək ki, bu cür tədbirlərin keçirilməsi Azərbaycanın zəngin mədəni irsinin və incəsənətinin, o cümlədən xalçaçılığının təbliği, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca faydalıdır.скачать dle 10.6фильмы бесплатно


708

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.