• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Soydaşımızın ABŞ mətbuatında məqaləsi dərc olunub

29-05-2025, 10:30 | Baxılıb: 302
“Soydaşımızın ABŞ mətbuatında məqaləsi dərc olunub

Soydaşımızın ABŞ mətbuatında məqaləsi dərc olunub
ABŞ-nin George Mason (Corc Meyson) Universitetinin tələbəsi, universitetin Təhlükəsizlik Siyasəti Araşdırmaları Mərkəzinin (Center for Security Policy Studies) redaktoru Əli Məmmədovun həmin ölkənin mətbuatında məqaləsi işıq üzü görüb.
“ABŞ-nin Cənubi Qafqaza yanaşmasını tənzimləməyin vaxtı çatıb” (“Time to adjust the US approach to the South Caucasus”) adlı məqalədə müəllif ABŞ-nin Cənubi Qafqaz siyasətinə yenidən baxmasının zəruriliyini vurğulayıb. O, bölgədə dəyişən güc balansının təhlilini verərək ABŞ-nin regiona daha aktiv və məqsədyönlü yanaşmasının vacibliyini qeyd edib. Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın təsirinin zəiflədiyini, İranın isə bölgədə rolunu artırmağa çalışdığını bildirib. Bu şəraitdə ABŞ-nin iştirakının sabitliyə və strateji tarazlığa töhfə verə biləcəyini diqqətə çatdırıb.
Müəllif İkinci Qarabağ Müharibəsi və onun nəticələrinə də toxunub. Azərbaycanın ərazi bütövlüyünün bərpası, Türkiyənin dəstəyi və Rusiyanın passivliyinin regionda siyasi və təhlükəsizlik baxımından yeni vəziyyət yaratdığını bildirib. İranın isə Ermənistanla əlaqələrini gücləndirərək Azərbaycan-Türkiyə-İsrail yaxınlaşmasına qarşı ehtiyatlı mövqe tutduğunu vurğulayıb.
Məqalədə Ermənistan-Azərbaycan sülh prosesi region üçün çox mühüm fürsət kimi qiymətləndirilir. ABŞ bu prosesi dəstəkləməklə yanaşı, Gürcüstan da daxil olmaqla üç ölkə arasında iqtisadi və nəqliyyat əməkdaşlığının genişləndirilməsini təşviq etməlidir. Bu yanaşmanın formal ittifaqlardan fərqli olaraq çevik diplomatiya və regional təşəbbüslərin dəstəklənməsi ilə həyata keçirilə biləcəyi diqqətə çatdırılıb.
Həmçinin ABŞ-nin Türkiyə və Avropa İttifaqı ilə əməkdaşlığı, enerji və nəqliyyat layihələrinə dəstəyi, Mərkəzi Asiya ilə əlaqələrin inkişafı üçün Cənubi Qafqazda şərq-qərb dəhlizlərinin əhəmiyyəti vurğulanıb. Müəllifin fikrincə, Vaşinqtonun formalaşmaqda olan yeni yanaşması – ikitərəfli əməkdaşlıq, infrastruktur əsaslı siyasət və enerji təhlükəsizliyinə fokuslanma həm regionun dayanıqlığını gücləndirə, həm də ABŞ-nin strateji maraqlarını təmin edə bilər.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.atlanticcouncil.org/blogs/turkeysource/time-to-adjust-the-us-approach-to-the-south-caucasus/
Qeyd edək ki, Əli Məmmədov 2022-ci ildə Şuşada keçirilən Diaspor Gənclərinin III Yay Düşərgəsinin və 2024-cü ildə Amerika Azərbaycan Gənclər Forumunun iştirakçısıdır.скачать dle 10.6фильмы бесплатно


302

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.